Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"ADEX 2014”- tarixə ölkəmizin adı ilə düşəcək” – HƏRBİ EKSPERT

“Sərgilənən hərbi təyinatlı məhsullardan Azərbaycana yerindəcə təklif oluna bilər”

Xəbər verdiyimiz kimi Bakıda Azərbaycanda və regionda ilk dəfə olaraq, Birinci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi” ("ADEX 2014”) sərgisi keçirilir. Bəs bu sərgi Azərbaycana nə qazandıracaq?

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov Simsar.az-a danışıb.

Ekspert bildirib ki, ölkəmizdə üç gün davam edəcək bu tədbirin çox böyük əhəmiyyəti var: “Əvvəla, Azərbaycan Cənubi Qafqazda ilk dəfə belə bir mühüm tədbirə ev sahibliyi edir və Beynəlxalq "Müdafiə sənayesi” sərgisi "ADEX 2014”- tarixə ölkəmizin adı ilə düşəcək. İkincisi, bu sərgi çərçivəsində bağlanacaq müqavilə və sazişlərdə məhz onun Bakıda keçirilən sərgi ilə bağlılığı mütləq göstəriləcək”.

Üzeyir Cəfərov qeyd edib ki, sərginin çox böyük önəmlərindən biri də ondan ibarətdir ki, Azərbaycan öz hərbi sənaye kompleksinin imkanlarını tam şəkildə göstərmək şansı əldə edib: “Adətən başqa ölkələrdə keçirilən sərgilərdə öz məhsulunu təqdim etmək üçün ölkələr çox böyük çətinlik və problemlərlə üzləşməli olurlar. Amma, öz ölkəndə belə tədbirdə artıq sən söz sahibisən və qərarı da sən verirsən. Məhz buna görə də bir çox ölkələr çalışırlar ki, belə bahalı və sərfəli tədbirləri öz məkanında keçirməyə nail olsunlar. Bunun özü də bizim ölkəmiz üçün gözəl imkandır”.

Bura gətirilən hərbi təyinatlı məhsullardan Azərbaycana yerindəcə təklif oluna biləcəyini deyən ekspert, sərgidə Türkiyənin, İsrailin, Rusiyanın, Ukraynanın və onlarla digər ölkələrin 200-dən artıq şirkətləri iştrak etdiyini, bunun özünün də çox böyük şeylərədn xəbər verdiyini vurğulayıb.

Ü.Cəfərov belə tədbirlərin siyasi tərəfdən də çox əhəmiyyətili olduğunu əlavə edib.

Vüsal Qarayev






12 Sentyabr, 2014  10:00 Baxılıb: 1014 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner