Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda şəxsi hesabı olan sığortaolunanların sayı açıqlandı

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə, sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,5 faiz artıb.

2014-cu ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 174 134 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,9 faizi kişi, 41,1 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 24 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,6 faizini 30 yaşa kimi vətəndaşlar, 21,6 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20,7 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,1 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 1 yanvar 2006-cı il tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.







12 Sentyabr, 2014  09:43 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner