Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Əsgərin şücaəti”nə Azərbaycanda start verilib

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Əsgərin şücaəti” filminin çəkilişləri davam edir.

Kinostudiyadan Simsar.az-a  bildirilib ki, ilk səhnələri Belarusun Brest şəhərində lentə alınan filmin Azərbaycanda çəkilişlərinə start verilib. İlk səhnələr Gəncədə lentə alınacaq.

“Əsgərin şücaəti” filmi İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Filmdə İkinci Dünya müharibəsi ilə Qarabağ müharibəsi arasında paralellərin aparılması da nəzərdə tutulub.

Yeni çəkilən filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Yavər Rzayev və Yuri Vorobyov, quruluşçu operatoru isə Nadir Mehdiyevdir.

Filmdə baş rolları Əməkdar Artist Şamil Süleymanov, Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlu və digərləri ifa edir. Ekran əsərində azərbaycanlı aktyorlarla yanaşı, Almaniya və Rusiyanın tanınmış aktyorları da rol alıb.

Simsar.az







12 Sentyabr, 2014  09:27 Baxılıb: 897 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner