Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rusiya ABŞ-ın İŞİD planını bəyənmədi

İŞİD xəmiri hələ çox su aparacaq deyəsən. Görünən odur ki, bu məsələ dünyanın önəmli güclərini qarşı-qarşıya gətirir.

Simsar.az-ın xəbər verir ki, ABŞ Prezidenti Barak Obama İŞİD-ə qarşı yeni plan hazırladıqlarını və bu plan çərçivəsində də harda İŞİD varsa ora hücum edəcəklərini açıqlamışdı. Bu açıqlamayla ABŞ-ın Suriya ərazisinə hərbi müdaxiləsinin qarşısı açılmışdı. Obamanın bu açıqlamasından sonra Suriya rəhbrliyi buna qəti etiraz etmiş və belə bir hal olarsa, bunun Suriyaya hücum kimi dəyərləndiriləcəyini demişdi.

ABŞ-ın yeni İŞİD planına Rusiya da sərt reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyi Xüsusi Təmsilçisi Aleksandr Lukaşeviç, ABŞ-ın BMT Təhlükəsizlik Şurasından razılıq almadan İŞİD-lə mübarizə üçün Suriyada həyata keçirəcəyi əməliyyatların hücum kimi dəyərləndiriləcəyini və beynəlxalq qanunları pozacağını bildirib.

“ABŞ əməliyyatlarında Suriya hökuməti gücləri də zərər çəkə bilər və bu da Suriya böhranını daha da ağırlaşdıracaq” – Lukaşeviç belə deyib.

Vüsal Qarayev







12 Sentyabr, 2014  08:23 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner