Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Neftçilər Günü Bakıda mancanaqlar olacaq

Azərbaycanda hər il sentyabrın 20-də qeyd edilən Neftçilər Günü münasibətilə Bakıda (Bayıl qəsəbəsində) bir neçə kreativ neft mancanağı görəcəyik.

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) Simsar.az-a bildiriblər ki, RİMM nəzdindəki “Sozvezdiye” yaradıcılıq klubunun və “Arts Council Azerbaijan” studiyasının gənc rəssamları bir neçə ay bundan əvvəl çox kreativ və cəsarətli bir ideya – neft mancanaqları üzərində rəsm əsərləri çəkmək ideyası yaranıb. Azərbaycanda bunu başa düşmək çətin deyil. Axı əsrlər boyu burada nefti “qara qızıl”, onu yerin təkindən çıxarmağa imkan verən mexanizmləri (mancanaqları) isə “çörək ağacı” adlandırıblar.

Gənclər öz fikirlərini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyinin nümayəndələri ilə bölüşüblər. Fikirləri bəyənildikdən sonra gənc rəssamlar neft sahəsi işçilərinin peşə bayramı münasibətilə onlara orijinal hədiyyə kimi “Kreativ sozvezdiye” adlandırılmış bu layihəni həyata keçirməyi qərara alıblar.

Nüfuzlu komissiya gələcək rəsmlərin onlarca eskizini bir neçə həftə nəzərdən keçirib. Nəticədə iki mövzu müəyyənləşdirilib: “Milli motivlər” və “Təbiət”. Elə bu mövzular da təcrübədə həyata keçiriləcəkdir.

Sentyabrın 10-da səhər tezdən Bayıl qəsəbəsinin ətrafındakı trasda hərəkət edən maşınların çoxunun sürücüləri qeyri-adi bir mənzərəyə tamaşa etmək üçün sürəti azaltmışdılar: əllərində boya və alətlər olan gənclər məhz bu münasibətlə işi dayandırılmış neft mancanaqları üzərində şəkil çəkirdilər. ARDNŞ-in mütəxəssisləri təhlükəsizlik qaydalarına əməl olunmasına ciddi nəzarət edirlər. İşlər bir neçə gün davam etdiriləcəkdir.

Bu layihənin həyata keçirilməsi Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Sobsan boyaları” şirkətinin əməkdaşlığı sayəsində mümkün olub.

Sentyabrın 20-də - Neftçilər Günü gənc rəssamlar öz işlərini sahə əməkçilərinə və qonaqlara təqdim edəcəklər.

Günel







12 Sentyabr, 2014  08:21 Baxılıb: 1245 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner