Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kataloniyanın İspaniyadan ayrılması aksiyası keçirildi

“Kataloniya günü” münasibətilə, İspaniyanın Barselona şəhərində yüz minlərlə insanın qatıldığı aksiya keçirilib. Simsar. az xarici mətbuata istinadən xəbər verir ki, təşkilatçıların iddiasına görə aksiyada 1,8 milyon, İspaniya hökumətinin məlumatına görə isə 500 min insan iştirak edib.

Tədbirin əsas məqsədi, Kataloniya vilayətinin rəhbərliyi tərəfindən noyabrın 9-a təyin edilmiş, lakin İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qadağan olunan referenduma dəstək ifadə etmək idi.

Kataloniya vilayətinin rəhbəri Artur Mas çıxış edərək bildirib ki, Madrid bu böyük kütlənin səsini eşitməlidir və noyabrın 9-da referenduma mane olmamalıdır.

İspaniya hökuməti isə hələlik bu çıxışlarla bağlı heç bir rəsmi açıqlama verməyib. Yalnız aksiyadan bir neçə saat əvvəl çıxış edən İspaniyanın Baş naziri Mariano Raxoy ölkənin bütövlüyünə dəstək verən ifadələr işlədib.

Günel







12 Sentyabr, 2014  08:18 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner