Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Nazirdən sərt reaksiya

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət regionun başqa ölkələrindən, hətta Avropadan da daha yaxşıdır.

Simsar.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın XİN rəhbəri ilə görüşün sonunda keçirilən mətbuat konfransında bildirib.

"İnsan hüquqları və demokratik dəyərlərin pozulmasında Azərbaycanı ittiham etməzdən əvvəl mən Avstriya jurnalistlərinə regionun və hətta Avropanın başqa ölkələrində insan hüquqları ilə bağlı vəziyyətlə tanış olmağı məsləhət görərdim. Avropa Birliyinin fundamental prinsiplərindən biri qanunun aliliyinə hörmətdir. Əgər jurnalist başqa ölkənin ərazilərinə qanunsuz baş çəkirsə, onda bu qanun pozuntusundur", deyə Elmar Məmmədyarov Azərbaycanın avstriyalı jurnalistə vizanın veriməməsini şərh edərkən bildirib.

E.Məmmədyarov deyib ki, avstriyalı jurnalisti Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edib və ona vizanın verilməsindən imtina bununla bağlıdır:

"Hamı başqa ölkələrin qanunlarına hörmət etməlidir və Avropa institutlarının arxasında gizlənməməlidir".

Öz növbəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurts qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə onun ölkəsinin jurnalistinin səfəri qanunsuz idi.

"Mən Azərbaycan tərəfinin narahatlığını anlayıram. Azərbaycanın işğal edilmiş ərazilərinə Avstriya jurnalistinin səfəri qanunsuzdur".






11 Sentyabr, 2014  23:13 Baxılıb: 795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner