Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zakir Həsənov həmkarları ilə görüşdü

Zakir Həsənov bir sıra ölkələrin Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüb

Sentyabrın 11-də "Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarusiya Respublikasının Müdafiə nazirinin silahlanma üzrə müavini general-mayor İqor Lotenkovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

Eyni zamanda bu gün "Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Milli Mühəndislik və Elm Komitəsinin sədri cənab Mahammad İrfan Burneyi qəbul edib.

Müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.

Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini vurğulayıb.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

Sentyabrın 11-də "Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Draqo Lovriçi qəbul edib.

Görüşdə ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət, hərbi-texniki və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

***

Sentyabrın 11-də "Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf direktorluğunun nümayəndəsi general-mayor Jan-Kristov Nuronu qəbul edib.

Görüş zamanı Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye də iştirak edib.






11 Sentyabr, 2014  19:42 Baxılıb: 679 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner