Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirliyə şikayət zəngləri çoxalıb

2014-cü ilin avqust ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 20 010 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% çox zəng daxil olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, canlı əlaqə zamanı 18 912 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 18,3%-i elektron imza, 14,1%-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 10,7%-i qeydiyyat, 9,3%-i elektron xidmətlər, 7,7%-i vergi ödəyicisinə göndərilmiş mesajların məzmunu, 6,3%-i vergi növləri, 3,8%-i büdcə ilə hesablaşmalar barədə olub.

Daxil olmuş müraciətlərin 3,9%-i barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib. Araşdırmaya qəbul edilmiş sual xarakterli müraciətlər orta hesabla 2,1 gün ərzində cavablandırılıb.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 1519 dəfə vergi borcu, 552 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.

Həmin dövrdə vergi ödəyiciləri onlara 449 158 mesaj göndərilməklə məlumatlandırılıb ki, onlardan 447 668-i qısa mesaj, 696-sı ikitərəfli mesaj, 774-ü isə səsli mesaj olub. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 94,3% olub.

 






11 Sentyabr, 2014  18:27 Baxılıb: 674 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner