Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

BDU-nun müəllimi cinayət başında yaxalandı

Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən şəxsin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Prokurorluqdan Simsar.az-a verilən məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı kimi təqdim edən Bakı Dövlət Universitetində saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımı bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3000 manat pul tələb edib və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyent ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 min 500 manat məbləğində pulu tələb edib alarkən, əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb.

Baxış zamanı K.Əsədovun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 






11 Sentyabr, 2014  17:20 Baxılıb: 837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner