Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Neft-qaz rayonlarında təhlükə riski müəyyən ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) və ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) Yer, Atmosfer və Planetar Elmlər Bölməsi arasında beynəlxalq anlaşma memorandumu imzalanıb.  Akademiyadan Simsar.az-a verilən məlumata görə, bununla əlaqədar AMEA-nın Rəyasət Heyətində MTİ-nin “Şərqi Aralıq dənizi və Qafqazın geodinamikası” layihəsinin rəhbəri Dr. Robert Reilingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, indiyə qədər geodinamika vә seysmologiya sahәlәrindә mühüm müştәrәk tәdqiqatlar aparılıb, Azərbaycan әrazisindә GPS (qlobal yertәyinetmә sistemi) stansiyaları vә müşahidә mәntәqәlәri quraşdırılıb. Yerin tәkindә baş verәn proseslər alimlәr tәrәfindәn xüsusi  GPS peyk sistemi vasitәsi ilә izlәnilir, önәmli mәlumatlar әldә edilib vә tәhlil olunub. Bu istiqamәtlәrdә kadr hazırlığı mәqsәdi ilә akademiyanın gәnc әmәkdaşları MTİ-dә tәcrübә kurslarına da cәlb olunub. Hazırda әmәkdaşlığın uğurlu inkişafı әlaqәlәrin vә sәmәrәli nәticәlәrin daha da genişlәndirilmәsinә imkan yaradıb. Memorandum bu imkandan irәli gәlәn birgә tәşәbbüsdür.

Daha sonra R.Reilinger seysmik baxımdan aktiv zonalar olan Qafqaz vә Xәzәrdә aparılmış birgә tәdqiqatların uğurlu nәticәlәrindәn qısaca bәhs edib vә bu sahәdә Azərbaycan alimlәri ilә әmәkdaşlıqdan mәmnunluğunu dilə gətirib. O, tәdqiqatları daha müasir tәcrübә vә üsullarla davam etdirmәyi vә laboratoriya formatında cәmlәşdirmәyi mәqsәdәuyğun hesab edib. Bildirib ki, beynəlxalq laboratoriya kadr hazırlığı işini dә asanlaşdırmağa xidmәt edәcәk.

Gәlәcәk tәşәbbüslәr üçün mövcud imkanların müzakirəsindən sonra memorandumun imzalanması məqsədəuyğun hesab olunub. Sonra sözügedәn sәnәd imzalanıb. Memorandumda “Geodeziya və geodinamika laboratoriyası” adlı müştərək beynəlxalq laboratoriyanın yaradılması nәzәrdә tutulur. Məqsəd Böyük Qafqazda vә digər aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirməkdir.

Akademik A.Әlizadə vurğulayıb ki, laboratoriyanın imkanları çәrçivәsindә geotermal və karbohidrogen ehtiyatların kəşfiyyatını aparmaq, neft və qaz rayonlarında təhlükə riskini öyrənmək, həmçinin sürüşmə, palçıq vulkanlarının dinamikası və atmosfer hadisələrini yeni texnologiyalar əsasında araşdırmaq mümkün olacaq. Görüşdәn mәmnun qalan R.Reilinger әminliklә bildirib ki, bu sәnәd faydalı әmәkdaşlıq vә mübadilә prosesini asanlaşdırmağa xidmәt edәcәk, öz töhfәlәrini verәcәk.

Görüşün sonunda planlaşdırılan işlәrin koordinatorları GGİ tərəfindən AMEA-nın Yer Elmlər Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov, MTİ tərəfindən isə R.Reilinger müəyyən olunublar.

Aysel Kərimova

 






11 Sentyabr, 2014  15:38 Baxılıb: 682 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner