Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

E-poçt hesablarımız təhlükədədir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi, (ETM) Azərbaycan cəmiyyətinə qarşılaşa biləcəyi təhlükə ilə bağlı növbəti xəbərdarlığını elan edib.

Simsar.az xəbər verir ki, ETM-in ekspertləri bildirir ki, Azərbaycan əhalisi tərəfindən də geniş şəkildə istifadə olunan “mail.ru” internet ünvanlarının istifadəçiləri təhlükə ilə qarşı-qarşıyadır.

Rusiyanın ən böyük e-poçt xidməti "mail.ru"nun 4.6 milyon (4 664 478) istifadəçisinin istifadəçi adı və hesab şifrləri internetdə yayılıb. Bu şifrlərin 95%-nin aktiv olmayan istifadəçi hesablarına aid olduğu bildirilir. Şirkət tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, hakerlər tərəfindən internetə sızdırılan bu şifrlər fərqli zamanlarda onlar tərəfindən ələ keçirilib. Oğurlanan hesabların 5%-i isə şübhə altındadır və şirkət bir gün içində bu hesablara xəbərdarlıq mesajı göndərəcəyini bildirib.

Həmçinin qısa müddət öncə 1 milyona yaxın “Yandex” istifadəçilərinə aid hesab şifrləri də internetdə yayımlanıb.

Eyni zamanda 5 milyona yaxın (4 929 090)  “Gmail” və digər “Google” xidmətləri istifadəçilərinin hesablarının da təhlükə altında olduğu qeyd edilir. Məlumat bazasının aktuallığı tam təsdiq olunmayıb. Ancaq  qeyd olunan 60% e-poçt hesabının aktiv olduğu bildirilir. “Google”-dan verilən məlumata görə, məsələ hazırda araşdırılır.

Elektron Təhlükəsizlik Mərkəzi isə öz növbəsində, e-poçt hesablarınızın şifrlərini tez bir zamanda dəyişməyinizi və kompüterlərinizdə olan antivirus proqramını işə salmanızı tövsiyə edir.

Vüsal Qarayev

 






11 Sentyabr, 2014  15:29 Baxılıb: 718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner