Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Türkmənistanla Azərbaycan İrana qarşı koalisiya yarada bilər”

Politoloq: “İsrail ilə Fələstin arasında barışıq müqaviləsi İranın təbliğatının bünövrəsini dağıtdı”.

Bunu Simsar.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, İran İslam İnqilabı keşikçiləri korpusu İranın Natanz nüvə obyekti yaxınlığında İsrailin pilotsuz kəşfiyyat təyyarəsini vurması barədə ilk məlumatda təyyarənin hansısa ərəb dövlətindən qalxdığı sızdırılırdı. Az sonra təyyarənin uçuş parametrləri yayıldı: “Bu təyyarə birbaşa 800 kilometr uçuş resursuna malikdir. Az sonra təyyarəni İranın şimal qonşularının birinin ərazisinə buraxılması barədə məlumat tirajlandı. İranın 3 şimal qonşusu varş Azərbaycan, Ermənistan və Türkmənistan. İranın Ermənistandan şübhələnməsi mümkün deyil”.

İranın cənub əyalətlərinə Azərbaycanın ən yaxın ərazisi Naxçıvanın olduğunu deyən politoloq deyib ki, Naxçıvandan Natanza qədər olan birbaşa hava məsafəsi 860 kilometdir. Nəzəri cəhətdən Naxçıvandan uçan pilotsuz təyyarənin Natanza çatması texniki imkan xaricindədir. Amma İran bu məsələdə də məhz Azərbaycanın üstündə dayanacaq. Çünki həm İranda, həm də İsraildə Azərbaycanı mübahisə mənbəyi etmək istəyən qüvvələr var. Eləcə də nəzərə alınmalıdır ki, İsrail ilə Fələstin arasında razılaşdırılmış barışıq müqaviləsi İrana ən ciddi zərbədir. Fələstinlə İsrail barışırsa İranın təbliğatının bünövrəsi dağılır. Həm də İran üçün böyük təhlükə yarana bilər. Səudiyyə Ərəbistanını çıxmaq şərti ilə İsrail qalan bütün ərəb dövlətləri ilə dil tapa və hətta lazım gəlsə koalisiya yarada bilər. Bu İran üçün tədrici ölüm deməkdir”.

Mərkəz rəhbəri həmçinin söyləyib ki, İsrail ilə Fələstin arasında son müharibədə İranın məğlubiyyətinin əsas parametri “Hizbullah”la bağlıdır: “Hizbullah” bu müharibəyə qoşulmadı. İranın dini prinsiplərə sadiqliyində “Hizbullah”ın şübhələri yaranıb.  İsrail-Fələstin müharibələri tarixində ilk dəfə idi ki, Fələstin İranın iştirakı olmadan qələbə qazanırdı. Bəlkə də İran iştirak etmədiyi üçün İsrail sülhlə razılaşdı. Fələstinlə İsrail barışırsa, İran İsraili antimüsəlman göstərmək üçün yeni-yeni variantlar hazırlamalıdır. Barışıq elan ediləndən sonra Fələstinin daxilindən və Livanın şimalından İsrailə doğru bir-iki raket atılmasının da İranın marağında olduğunu ehtimal etmək olar. Amma İran lazım olan effekti əldə edə bilmədi. Ona görə Azərbaycanın İsrail ilə yaxşı əlaqələri İranın əlində sınanmış antiazərbaycan və antiisrail təbliğat materialıdır”.

“İranın antiisrail obrazı yaratmaqda Türkmənistanı hədəf seçməsi də diqqətdən yayınmamalıdır. Son iki ildə İsrailin Türkmənistanla əlaqələrində müəyyən dinamika müşahidə olunur. Türkmənistandan Natanza qədər olan məsafə 700 kilometrdir. Hal-hazırda qonşuları içərisində İran üçün ən ciddi cari problem yaradan da Türkmənistandır. İran Türkmənistan boyda xəzinəni itirib. Türkmənistan elə vəziyyət yaratdı ki, İran Türkmənistan qazından imtina etməli oldu. Türkmənistan bunu etməli idi.

A) İran Türkmənistan qazının hər min m3-ini 65 dollara alırdı. Türkiyəyə 550 dollara qaz satan İran Türkmənistandan 65 dollara qaz alır. Son  illərdə İran 50 milyard m3-dən çox qaz alıb.

B) İran hətta 65 dollardan aldığı qazın pulunu Türkmənistana valyuta ilə ödəmirdi. Türkmənistanı barter əməliyyatına məcbur etmişdi. İndi Türkmənistan İranı təxminən 50 milyard dollar puldan məhrum etdi. Ona görə İran çox böyük ehtimalla Türkmənistanı da hədəf seçəcək. Yəqin ki,  Türkmənistan İranın qabağında güzəştə gedəcək. İranın qarşısında güzəştə getməmək üçün Türkmənistan Azərbaycanla koalisiya yarada bilər. Bu indiki prezidentin dünyagörüşü sxeminə uyğun deyil. İkinci variant MDB-nin tam keyfiyyətli üzvü olmaqla onun hərbi proqramlarına qoşulmaqdır. Azərbaycandan fərqli olaraq Türkmənistan MDB-nin hərbi proqramlarında iştirak etmir” – ekspert belə deyib.

Hüseyn İbadlı







11 Sentyabr, 2014  15:11 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner