Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avropa Şurasının Baş katibi Bakıya gələcək

28-30 oktyabr tarixlərində Bakıda ilk dəfə gerçəkləşəcək Gənclər siyəsəti üzrə I Qlobal Foruma Avropa Şurasının Baş Katibi Törbyorn Yaqland da qatılacaq. Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi foruma 700-dən artıq iştirakçının gəlişi gözlənilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, forumda 200  gənc elan əsasında seçilib. Belə ki, bu günə qədər həmin yerlər üçün  174 ölkədən 4705 müraciət daxil olub.

200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT –nın nümayəndələri olacaq. Forumda həmiçinin100 ekspertin də iştirakı nəzərdə tutulub.

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur.

Bunula yanaşı Forum çərçəvisində regional görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması əsas istiqamətlərdən biri olacaq.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyəsəti üzrə I Qlobal Forumla bağlı markanın dizaynı işlənib hazırlanıb. Onun qısa müddətdə çapı nəzərdə tutulub.

Aysel Kərimova

 






11 Sentyabr, 2014  14:12 Baxılıb: 654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner