Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hollivudun əfsanəvi üçlüyü bir filmdə

Bred Pitt, Leonardo Di Kaprio və Robert De Niro ilk dəfə olaraq eyni filmə çəkilirlər.

Simsar.az  “Deadline” nəşrinə  istinadən xəbər verir ki, rejissor Martin Skorsezenin qısametrajlı reklam filmi Honkonqun "Melco-Crown Entertainment" şirkəti üçün olacaq. Ssenarini "Uoll-strit canavarı" filminin müəllifi Terens Uinter yazıb. Aktyorlar ötən həftə sonundan çəkilişlərə qoşulublar.

Deadline nəşrinin məlumatına görə, filmin premyerası gələn il baş tutacaq, çəkilişlər isə Makaodakı Studio Cty tematik kurortunda aparılacaq. De Niro, Pitt və Di Kaprionun iştirakı şirkətə dünya populyarlığı gətirməlidir. Bu isə öz biznesini Asiyadan kənara genişləndirməyi düşünən "Melco-Crown Entertainment"-in əsas hədəfidir.

Günel







11 Sentyabr, 2014  14:06 Baxılıb: 836 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner