Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Səməd Seyidov İraq səfiri ilə - FOTO

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşüb.

ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən Simsar.az-a bildiriblər ki, görüşdə S.Seyidov universitetdə aparılan islahatlardan söz açıb. Rektor ADU-da hazırda 6.000 tələbənin təhsil aldığını, qarşıdakı dərs ilində burada yeni dillərin, o cümlədən macar dilinin tədrisinin nəzərdə tutulduğunu bildirib.

Tələbələr üçün yaradılan şəraitdən söz açan S.Seyidov ADU-nun tələbə yataqxanasının tam təmir edildiyini, universitetin İnformasiya Resurs Kompleksinin və Amerika Mərkəzinin yenidən açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Rektor Azərbaycandakı sürətli inkişafdan, iqtisadi yüksəlişdən də söz açıb, Bakıda müxtəlif beynəlxalq forumların keçirildiyini səfirin diqqətinə çatdırıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak ADU ilə tanışlıqdan məmnunluğunu ifadə edib, kollektivə yeni dərs ilində daha böyük uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-İraq münasibətləri, həmçinin ikitərəfli əlaqələr və əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb.







11 Sentyabr, 2014  14:03 Baxılıb: 766 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner