Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mübariz Əhmədoğlu: “Putin Qarabağa sülhməramlı yeridə bilməz”

“Avropa ölkələri Putini ağılsız və emosional təbiətli bir şəxs kimi təqdim edirlər və ona təhqiramiz münasibət göstərirlər. Əslində bu, Qərblə Rusiya arsında gedən geosiyasi mübarizənin əlamətidir”.

Bunu Simsar.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu ABŞ-ın “The New York Times” qəzetinin ötən sayında bir müddət əvvəl Dağlıq Qarabağda baş verən gərginliyin səbəbləri və bunda Rusiyanın roluna dair dərc edilən sensasion məqaləyə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, 1994-cü ildə Bişkek Protokolu hazırlanmışdı. Bu protokola əsasən, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana qaytaracaqdı. Bunun əvəzində MDB sülhməramlıları həmin ərazilərə yerləşdiriləcəkdi. Məhz bu parametri nəzərə almasaq Bişkek Protokolu bütün mahiyyəti ilə Azərbaycanın xeyrinə idi. Amma Azərbaycan sözü gedən məsələyə görə, bu sövdələşmədən imtina etdi. Azərbaycan bilirdi ki, MDB sülhməramlıları bu əraziyə yerləşdirildikdən sonra torpaqlar yenidən ermənilərə təhvil veriləcək. Buna görə də Azərbaycan bundan imtina etdi: “Azərbaycan həmin illərdə heç bir beynəlxalq layihənin üzvü olmayan və dövlətçiliyi dağılmaq üzrə olan bir dövlət idi. Bu gün isə Azərbaycan beynəlxalq problemlərin müzakirə olunduğu dövlətə çevrilib, büdcəsində 54 milyondan artıq pulu və qızıl ehtiyyatı var. Ali-siyasi rəhbərliyin Azərbaycanın dövlət müstəqilliyini müdafiə etməsi, müstəqil siyasət aparması heç bir şübhə yaratmır. Hətta ermənilər də deyirlər ki, Azərbaycan real müstəqil siyasət aparır”.

ABŞ mətbuatının Soçi görüşünün detalları ilə bağlı dərc etdiyi yazı Putini şərləmək və təhqir etmək üçün ortalığa atılan ideyanın bir hissəsidir”.

“ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi zonasına yeridilən sülhməramlıların həm say tərkibi ilə bağlı, həm də iştirakçı dövlətlərin tərkibi ilə bağlı qərarı var. Qərar belədir ki, sülhməramlı qüvvələrin 1/3-dən çoxu münaqişənin həillində iştirak edən hər 3 dövlətin hansınasa aid ola bilməz. Deməli münaqişə zonasına sülhməramlı qüvvəsini yeritmək üçünən azı 4 dövlət lazımdır (33+33+33+1%). Bu o deməkdir ki, dövlətlərin heç biri sülhməramlı qüvvələri öz monopolyasına ala bilməyəcək. İkinci qərar ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin qonşuluğunda yerləşən və ATƏT-in Minsk qrupuna həmsədr olan dövlətlərin sülhməramlı qismində çıxış etməyə haqqı yoxdur. Yəni ABŞ, Fransa, Rusiya (Minsk qrupu), Türkiyə və Gürcüstan münaqişə zonasına sülhməramlı qismində qoşun yeridə bilməz. Görünür həmin yazını dərc edən müəlliflər ATƏT-in Minsk qrupunun hər iki qərarından xəbərdardılar. Məhz gedən geosiyasi mübarizədən istifadə edərək Rusiyanın ünvanına bu cür ittihamlar səsələndirirlər”- mərkəz rəhbəri belə hesab edir.

Bildirək ki, “The New York Times” qəzeti dərc etdiyi məqalədə Rusiya prezidenti Valdimir Putininin Soçidə keçirilən görüşdə rus qoşunlarının Qarabağa yerləşdirməyə çalışdığını bildirib:

“Əliyev ölkədə olmayanda ermənilər üç tərəfdən hücum etdi. Rusiyanın razılığı olmadan onların belə hücum həyata keçirmə ehtimalı azdır. Açıq müharibənin yenidən başlaması Rusiyaya sülhməramlılar adı altında regiona yeni qüvvələr yeritmək üçün bəhanə verəcək.

Təmas xəttində son toqquşmalar Vladimir Putinin Soçidə yüksək səviyyəli görüş təşkil etməsi ərəfəsində baş verdi. Bu görüşdə Putin Ermənistanla Azərbaycan arasında rus “sülhməramlılarının” yerləşdirilməsinə dair razılaşma əldə edilməsinə çalışıb. İyulun 31-də ermənilər gözlənilmədən və koordinasiya olunmuş şəkildə üç istiqamətdən hücum etdilər. Bu hücum zamanı prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov ölkə xaricində idilər və cənab Əliyev hələ Soçidəki yüksək səviyyəli görüşə getməyə razılıq verməmişdi”.

Hüseyn İbadlı






11 Sentyabr, 2014  14:01 Baxılıb: 766 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner