Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Avropa Şurasının Bakı konfransına yekun vuruldu

Avropa Şurasına (AŞ) üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair Bakıda keçirilən konfrans başa çatıb. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və AŞ Nazirlər Komitəsinin sosial və səhiyyə məsələləri üzrə məruzəçi qrupunun sədri xanım Ana Vukadinovic iki gün davam edən toplantının yekunlarına dair mətbuat konfransı keçiriblər.

Konfransda S.Müslümov tədbirin yüksək səviyyədə keçdiyini vurğulayıb: “Bu tədbir bir tərəfdən Azərbaycanın bütün dünya üçün aktual məsələlərin həlli proseslərində aktiv iştirak etmək əzmini ifadə etdi. Belə məsələlərdən biri də inkişaf səviyyələrindən asılı olmayaraq ölkələrdə insan hüquqlarının ən vacib elementi olan sosial birliyin təmin olunmasıdır”.

Nazir bildirib ki, konfrans AŞ-nın Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının üzv dövlətlərdə icra vəziyyəti, bu sahədə əldə olunan nailiyyətlər, obyektiv və səmərəli müzakirələrlə yadda qalıb. “Ayrı-ayrı Avropa ölkələrinin istifadə etdikləri vasitə və alətlər, yanaşmalar barədə digər ölkələrdə maraq doğuran yeni məlumatlar da əldə olunub. Lakin əksər ölkələr üçün sosial birlik modelinə yekdil münasibət mövcuddur. Bu münasibət cəmiyyət üzvlərinin sosial rifahında onların məşğulluq imkanlarının keyfiyyətcə yüksəldilməsi və reallaşdırılmasını, xüsusən gənclərin peşə təliminin və əmək bazarına çıxışının dəstəklənməsini, insanların sosial riskdən uzaq gələcəyinin təminatına yönələn səmərəli sığorta sisteminin, habelə fərdlərin yoxsullaşma riskinə imkan verməyən minimum gəlir sisteminin formalaşdırılmasını ehtiva edir”.

Nazir Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi baxımından Bakı konfransının mühüm önəm kəsb etdiyini vurğulayıb. “Gələn il Bakı AŞ-na üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin növbəti 3-cü Konfransına ev sahibliyi etmək barədə Azərbaycan təklif verib və son iki gündə biz növbəti nazirlər konfransının əsas müzakirə mövzularını, imzalanacaq sənədlərdəki prioritetləri demək olar ki, müəyyənləşdirdik”.

Xanım A.Vukadinovic Bakı konfransının AŞ-nın Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası ilə bağlı üzv ölkələr arasında fəal məlumat mübadiləsinə səbəb olduğunu, həmin ölkələrdə sosial birliyə nail olunması üçün aparılacaq siyasətlərdə bunun xüsusi önəm daşıdığını bildirib: “Konfrans zamanı əmin olduq ki, qeyd olunan Strategiya və Fəaliyyət Planının ümumavropa məkanında arzuolunan səviyyədə icrası üçün ən yaxşı milli təcrübələrin mübadiləsinə ciddi ehtiyac var. Hesab edirəm ki, Bakı bu sahədə çox uğurlu addımın atıldığı bir şəhər kimi yadda qalacaq”.

Simsar.az







11 Sentyabr, 2014  13:21 Baxılıb: 689 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner