Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ayın ən yaxşı ekran əsərləri - FOTOLAR

Bu ay kinoteatrlarda tamaşaçılar Skarlett Yohansson, Robert Pattinson, Orlando Blum və bir çox digər ulduzların iştirakı ilə çəkilmiş filmləri izləyə biləcəklər.

Simsar.az xəbər verir ki, ayın ən yaxşı ekran əsərlərinin siyahısı hazırlanıb.

"Ulduzlar günahkardır"/The Fault in Our Stars

Şeylin Vudli və Ensel Elqortun baş rolları ifa etdiyi fantastik dramın süjeti xərçəng xəstəsi olan Heyzel adlı qızın ətrafında cərəyan edir. Eyni xəstəlikdən əziyyət çəkən insanlara yardım qrupunun görüşündə Şeylinin qəhrəmanı Avqust adlı oğlanla tanış olur. Əsas qəhrəmanlar ilk baxışdan bir-birinə aşiq olurlar və əyləncəli, macəra dolu səyahətə yola düşürlər.

"Viktor"/Viktor

Filmdə hadisələr əvvəllər Rusiyada yaşamış, son 15 ili isə Fransada həbsxanada keçirən keçmiş qanqsterin ətrafında baş verir. Həbsdən çıxdıqdan sonra o, öz oğlunun ölümünə görə, brilyant qaçaqmalçılarından intiqam almaq üçün Moskvaya yola düşür. Baş qəhrəmana köməyə keçmiş sevgilisi və informatoru Aleksandra İvanova gəlirlər. Filmdə baş rolları Jerar Depardye və Elizabet Herli ifa edir.

"Həyətdə qadın" / Dans la cour

"Həyətdə qadın" - Katrin Denevin çəkildiyi növbəti fransız filmidir. Filmin süjeti öz karyerasını bitirmək qərarı verən 40 yaşlı musiqiçi Antuan barədədir. Sevimli peşəsini ataraq, o, qapıçı olaraq işə düzəlir və orada Denevin qəhrəmanı Matilda ilə tanış olur. Tədricən, o, ağlını itirməyə başlayır.

"Lyusi"/Lucy

Tanınmış rejissor Lyuk Bessonun ssenaristliyi və rejissorluğu ilə çəkilən filmdə baş rolda Skarlett Yohansson çəkilib. Lyusi Tayvanda təhlükəli narkotik alverçiləri üçün kuryer işləməyə məcbur edilir. Bir gün təslimatdan əvvəl bədəninə yerləşdirilən narkotik maddə bədənində dağılaraq qanına keçir və bununla da Lyusi möcüzəvi hal ilə üzləşir. Onun damarlarında dolaşan narkotik maddələr ona qeyri-adi bacarıqlar qazandırır. Fikir oxumaq, telekinez, ağrı hiss etməmək kimi güclərə sahib olan Lyusi hər kəsdən qisas almağa hazırlaşır.

"Ən təhlükəli adam" A Most Wanted Man (11 sentyabr)

Anton Korbeynin "Ən təhlükəli adam" filmi rus-çeçen mənşəli adamın Hamburqda islam icmasında peyda olması və bir neçə ölkənin xüsusi xidmət orqanlarının iştirak etdiyi casus oyunun mərkəzinə düşməsi barədədir. Əsas sual "ən təhlükəli adamın" necə olmasıdır? Film dünyasını dəyişmiş Filipp Seymur Hoffmanın iştirak etdiyi son filmlərdən biridir. Filmdə Hoffmandan başqa Uillem Defo, Robin Rayt və Reyçel MakEdams çəkilib.

"Avara"/ The Rover

Fantastik dram filminin rejissoru Devid Mişondur. "Avara" filmində əsas rolları Robert Pattinson və Qaye Pirs ifa edirlər. Süjet xəttinin mərkəzində taleyin gözlənilməz oyununda üz-üzə gələn nümunəvi vətəndaş və oğru dayanır.

"Ədviyyələr və ehtiraslar"/The Hundred-Foot Journey

Təkrarolunmaz Helen Mirren, Om Puri, Maniş Dayal və Şarlotta Le Bonun iştirakı ilə növbəti filmin prodüserləri Opra Uinfri və Stiven Spilberqdir, rejissoru isə isveçli Lasse Hallstemdir. Filmdə hadisələr kiçik Provans şəhərində cərəyan edir. Şəhərdə hind qastronomiyası ilə klassik fransız kulinariya ənənələrinin qarşıdurması müşahidə edilir.

"Noyabr adamı"/  The November Man (18 sentyabr)

Pirs Brosnan, Olqa Kurilenko və Lyuk Breysinin baş rolları ifa etdiyi "Noyabr adamı" döyüş filminin süjet xəttinin əsasında keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşının hekayəsi dayanır. Onu ABŞ Federal Hökumət agentliyinin rəhbərliyi çox şəxsi missiya üçün xidmətə qaytarır. Tapşırıq üzərində çalışarkən, o düşməninin keçmiş tələbəsi, baş verənlərin isə ölümcül təhlükəli oyun olduğunu öyrənir.

"Böyük bərabərləşdirici"/ The Equalizer

Rejissor Antuan Fukuanın triller janrında çəkdiyi filmdə Denzel Vaşinqton, Xloya Qreys Mores, Marton Çokaş, Vladimir Kulih, Bill Pullman çəkiliblər. Təsadüfi tanışının köməyinə gələrkən əsas qəhrəman mərkəzi kəşfiyyat idarəsinin qulyabaniləri və rus quldurları ilə toqquşmağa məcburdur. O, həyatını yeni səhifədən başlamış istefaya çıxmış xüsusi təyyinatlı dəstədən olmasaydı bu vuruşmanın nəticəsi acınacaqlı olardı.

"Açıq pəncərələr" / Open Windows

Saşa Qrey və Elayca Vudun iştirakı ilə "Açıq pəncərələr" filmində Cil Qoddard məşhur aktrisadır, onun Nik isə onun pərəstişkarı və qeyri-rəsmi saytının redaktorudur. Bir dəfə o, Cillə şam yeməyi mükafatını qazanır. Ancaq görüş günü özünü Kord deyə təqdim edən adam ona zəng edir və görüşün ləğv olunduğunu bildirir. Nik təsəvvür belə etmir ki, bu, hədəfin Cillin qətli olduğu oyunun bir hissəsidir.

"Ay işığının sehri"/ Magic in the Moonlight

"Sony Pictures Classics" Vudi Allenin yeni "Ay işığının sehri" filminin ilk treylerini təqdim edib. Romantik komediyada hadisələr 20-ci illərdə Fransanın cənubunda baş verir. Baş rolları fırıldağın üstünü açmağa dəvət edilən ingilis Kolin Fert və ruhlarla ünsiyyətə girə bildiyini iddia edən Emma Stoun ifa edirlər. Nəticədə Kolin Fertin qəhrəmanı həmin qızı dələduzluqda şübhəli bilir, ancaq bu fırıldağın üstünü açmağa ona aşiq olmağı mane olur. Filmin dünya premyerası iyul ayının sonuna təyin olunub.

Zulu/ Zulu

Orlando Blumun pərəstişkarlarını sentyabr ayında "Zulu" kriminal dramı gözləir. Müəllifinin Jerom Sall olduğu film hələ də aparteidin mövcud olduğu Cənubi Afrikada gənc qızın qatilini axtaran iki polis barədədir. İstintaq bu polislərin bütün həyatını alt-üst edir.

Günel

 

 

 

 

 






11 Sentyabr, 2014  12:51 Baxılıb: 1517 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner