Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Məşhur şirkətə cinayət işi açıldı

Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan Simsar.az-a daxil olan məlumata görə, “Oba” Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Qazax rayon sakininin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı “Oba” MTK-nın vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonunda inşa etdikləri yaşayış binasındakı mənzilin Qazax rayon sakininə satılması barədə müqavilə bağlanmasına baxmayaraq faktiki olaraq həmin mənzili başqa şəxsə satmaqla 22 min 500 ABŞ dolları və 3 min 500 manat məbləğində özgənin pul vəsaitini ələ keçirmələrində, həmçinin vergi bəyannamələrinə yalan məlumatlar daxil etməklə 40 milyon 918 min manat məbləğində pul vəsaitini vergidən yayındırmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 213.2.2 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) və maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.






11 Sentyabr, 2014  11:50 Baxılıb: 691 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner