Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başladı

Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iki günlük sammiti başlayıb.

Simsar.az xəbər verir ki, üzv dövlətlər olan Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri sammitə qatılacaq.

İran və Monqolustan liderləri də Düşənbədədir və sammit çərçivəsində ŞƏT liderləri ilə görüşlər keçirəcəklər. İran və Monqolustan, eləcə də Pakistan, Hindistan və Əfqanıstan qurumda müşahidəçi statusundadır.

Builki sammit regional təhlükəsizlik məsələlərinə daha çox diqqət ayıracaq. İlin sonunda Əfqanıstandan xarici qüvvələrin çıxarılması planlaşdırılır.

Rusiya prezidentinin köməkçisi Yuri Ushakov sammitdən öncə deyib ki, Rusiya bu ilin sonunda ŞƏT- in himayəsi altında Əfqanıstana dair konfrans keçirməyi təklif edəcək.

Hüseyn İbadlı

 

 






11 Sentyabr, 2014  10:19 Baxılıb: 783 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner