Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Komitə Avropa Əməkdaşlığı təşkilatına üzvlük müraciəti etdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Akkreditasiya üzrə Avropa Əməkdaşlığı (EA) təşkilatına assosiativ (müxbir) üzv olmaq üçün müraciət edib. Komitədən Simsar.az-a verilən məlumata görə, EA-ya assosiativ üzv qismində qoşulmaq hüququna Avropa İttifaqına potensial namizəd ölkələrin və ya Avropa İttifaqı Qonşuluq Siyasətinin şamil olunduğu ölkələrin akkreditasiya orqanları malikdir.

EA regional qurum kimi akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar olan Laboratoriyanın Akkreditasıyası üzrə Beynəlxalq Əməkdaşlıq (İLAC) təşkilatının və Beynəlxalq Akkreditasiya Forumunun (İAF) üzvüdür. EA-ya üzvlük isə İAF-a üzvlük üçün əsas yaratmış olur.

Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatı 1997-ci ildən fəaliyyət göstərir. Rəsmi Avropa akkreditasiya qurumu qismində yaradılan EA tanınmış milli akkreditasiya orqanlarının şəbəkəsidir. Bu status 9 iyul 2008-ci il tarixli Avropa Parlamenti və Avropa İttifaqının Şurasının qəbul etdiyi 765/2008 nömrəli Reqlamentlə müəyyən edilib. 21 may 2009-cu il tarixində Avropa İttifaqının rəsmi jurnalında Avropa Komissiyası, Avropa Azad Ticarət Zonası, EA və milli orqanlar arasında əməkdaşlığın prinsip və məqsədlərini müəyyən edən rəhbər sənəd nəşr edilib. Həmin məqsədlər aşağıdakılardan ibarətdir:

- Üzv ölkələrin milli orqanları tərəfindən istifadə olunan standartların ümumi şərhinin təmin edilməsi üçün akkreditasiyanı Avropada bir xidmət kimi müəyyən etmək;

- Qiymətləndirmə zamanı əldə edilən nəticələrin aşkarlığını təmin etmək;

- Üzv ölkələrin milli akkreditasiya orqanları arasında çoxtərəfli qarşılıqlı tanınma razılaşmalarının əldə olunmasını və akkreditasiya məqsədilə aparılan uyğunluğun qiymətləndirilməsi nəticələrinin tanınmasını təmin etmək;

- Beynəlxalq təcrübəyə uyğun olaraq qiymətləndirmə sistemini idarə etmək;

- Akkreditasiya üzrə Avropa siyasətinin həyata keçirilməsi ilə bağlı olan məsələlərdə texniki mənbə rolunda çıxış etmək və s.

Simsar.az

 






11 Sentyabr, 2014  10:01 Baxılıb: 613 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner