Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir Avropa Şurasının nümayəndələri ilə görüşdü

Bakıda Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfrans keçirilib. Simsar.az xəbər verir ki, konfrans çərçivəsində Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞ Nazirlər Komitəsinin sosial və səhiyyə məsələləri üzrə məruzəçi qrupunun sədri xanım Ana Vukadinovic ilə görüşüb. Görüşdə AŞ Baş Katibliyinin nümayəndəsi, İnsan ləyaqəti və bərabərlik direktoratlığının ayrı-seçkiliklə mübarizə və sosial birlik departamentinin rəhbəri xanım Mariya Oçoa-Llido və AŞ Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç də iştirak edib.

S.Müslümov  mötəbər beynəlxalq qurumlarla, o cümlədən AŞ ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunun əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, bu vaxta qədər AŞ-nın Azərbaycan tərəfindən ratifikasiya olunmuş 59 konvensiyasından 52-si məhz sosial hüquqlarla bağlıdır. Sosial dövlət statusunu daim gücləndirən Azərbaycan AŞ-nın sosial firavanlığın təminatına  yönələn bütün təşəbbüslərini qəbul etməkdə maraqlıdır. Eyni zamanda, ölkəmiz səmərəli əməkdaşlığın qurulması sahəsində AŞ-nın səylərinə öz töhfəsini verməyə çalışır.

Xanım A.Vukadinovic Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsinin sosial birlik məsələləri üzrə də davam etdirməsindən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, AŞ-na üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə Bakıda keçirilən konfrans bu mövzu ilə bağlı 2014-cü il ərzində Avropa məkanında ilk geniş tərkibli tədbirdir. Konfrans sosial birlik modelinin tətbiqi sahəsində əldə olunan uğurlu təcrübələrin üzv ölkələrdə mübadiləsini səciyyələndirir.

Görüşdə Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi, habelə qarşılıqlı əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Simsar.az







11 Sentyabr, 2014  09:40 Baxılıb: 652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner