Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ebola ölkələri xəritədən silə bilər

Ebolanın ölkəsinin varlığını təhdid etdiyini deyən Liviyanın Müdafiə Naziri Samukay, kömək çağırışını yeniləyib.

Simsar.az xəbər verir ki, səlahiyyətli şəxslər xəstələrin sayının açıqlananlardan çox olduğunu bildirib. Qərbi Afrka ölkələrində ebola epidemiyası sürətlə yayılarkən, yerli idarəçilər vəziyyətin təhlükəli olduğunu diqqətə çatdırıblar. Biləşmiş Millətlər Təşkilatının Təhlükəsizilik Şuarsının iclasında çıxış edən Liviya Müdafi Naziri Braun Samukay bildirib ki, Liviyanın varlığını davam etdirməsi təhlükə altındadır.

Xəstəliyə 1100 nəfərdən çox qurban verən Liviyada lazımi infrastrukturun, logistika dəstəyinin, səhiyyə işçisi və maliyyə dəstəyinin olmadığı bildirilib. Harvard Universitetində mövzu ilə bağlı iclasa telekonfransla bağlanan Liviyanın baş naziri Ellen Conson Sirleyf də epidemiyanın ən azı üç həftəyə daha da güclənəcəyini deyib.

Dünya Səhiyyə Təşkilatının açıqladığı son rəqəmlərə görə eboladan ölənlərin sayı 2300-ə, xəstə sayı isə 4300-ə çatıb. Ölənlərin sayının bir gündə 200 nəfər olması dünya ictimaiyyətini dəhşətə gətirib. Bölgədəki müxbir və səhiyyə işçiləri həqiqi rəqəmlərin, açıqlanan rəqəmlərdən çox olduğu bildirib. DST-nın epidemiyadan məsuliyyətli diektoru Professor Silvie Breynd: “İki etaplı bir strategiya yaratdıq. İlk olaraq xəstəliyin sürətlə yayılmasının qarşısını alacağıq, sonra da ebolanı tamamilə yox etməyə köklənəcəyik” deyib.

Eboladan 550 nəfərin öldüyü Qanada, baş nazir Alpha Konde Seneqal və Fildişi Sahilinin sərhədləri bağlamasını “Bu tədbirlər , insanları sərhəddi gizlin geçməyə təşviq edir” deyə qınayıb. Ebolaya çox saylı qurban verən Qana, Liviya və Sierra Leonun, həmçinin Nigeriyada da 8-ölümlə nəticələnən 19 yoluxma hadisəsi qeydə alınıb.

Günel







11 Sentyabr, 2014  09:05 Baxılıb: 647 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner