Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Teatrımız Beynəlxalq festivala dəvət aldı

Qax Dövlət Kukla Teatrı oktyabrın 1-dən 8-dək Rusiya Federasiyasının Həştərxan şəhərində keçiriləcək IV “Kaspiyski bereq” Beynəlxalq teatr festivalına dəvət alıb.

Festivalda ölkəmizi təmsil edəcək əyalət teatrı tamaşaçılara “Turp” rus xalq nağılı əsasında hazırlanmış eyniadlı pantomim-tamaşanı təqdim edəcək.

Simsar.az xəbər verir ki, hazırda yaradıcı kollektiv yeni mövsümə hazırlığı davam etdirir. Yaradıcı kollektiv sentyabrın 16-na təyin edilmiş yeni mövsümün açılış günündə uşaqları Aləmzar Ağazadənin “Toya gecikən tülkü” tamaşası ilə sevindirəcək.

Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Əmrah Məmmədovdur. Əsas rolları teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqublu, Zaur Paşayev və başqaları ifa edəcəklər.

Qax teatrı, eyni zamanda, sentyabrın 10-dan 19-dək Şəkidə keçiriləcək birinci Beynəlxalq teatr festivalında da iştirak edəcək. Festival çərçivəsində yaradıcı kollektiv sentyabrın 17-də Şəki tamaşaçılarına Əhməd Orucoğlunun “Zınqrovlu pişik” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək.

Günel







11 Sentyabr, 2014  08:26 Baxılıb: 944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner