Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bütün türklərin tərcümanı – İsmayıl Qaspıralı

Bu gün dahi pedaqoqun anım günüdür.

İsmayıl Qaspıralı (Qasprinskiy), (8 mart 1851 – 11 sentyabr 1914) — əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi. Qaspıralı Rus İmperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarındandır. Soyadı Krımdakı Qaspra şəhərinin adındandır.

Qaspıralı düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən "Tərcüməçi" adlı qəzeti ilə yayıb. Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan "Dildə, fikirdə, işdə birlik!" şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirib.

Qaspıralı müasirləşmənin Avropalılaşma olduğunu müdafiə edirdi. Müasirləşmənin tək yolunun təhsil olduğuna inanırdı. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif etdi. Buna uyğun olaraq yeni tədris planını təqdim etdi. 1881-ci il tarixli bir yazısında: "Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni şagirdlərimiz bu fikirlərə çata bilsin" deyərək düşüncələrini ortaya qoyurdu.

Qaspıralı qadınlar üçün Aləmi Nisvan (Dünya Qadınları) adlı bir jurnal çıxarır və bu jurnalı qızı Şəfiqə nəşrə hazırlayırdı. Uşaqlar üçün də Aləmi Subyan (Dünya Uşaqları) adlı bir nəşr çıxarırdı. Qaspıralı, İslam Birliyinin (İttifaqi Müsəlmanlar) qurucularından biridir; 1907-də qurulan birlik Rus İmperiyasındakı müsəlman türk intellektualları birləşdirirdi. Ayrıca ilk rus-müsəlman konqresinin təşkilatçılarından biri idi və Rusiyadakı müsəlmanlar üçün ictimai və dini islahatları ön plana çıxarmağı məqsəd qoymuşdu.

Simsar.az






11 Sentyabr, 2014  08:24 Baxılıb: 1606 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner