Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əbülfəs Qarayev: “Teatrımız intibah dövrünü yaşayır”

“Bu gün Azərbaycan teatrının 142-ci mövsümü başlayır. Ənənəyə sadiq qalaraq, biz hər mövsümün əvvəlində müxtəlif tədbirlər keçiririk. Çox əlamətdardır ki, bu mövsümün açılışını Şəki Dövlət Dram Teatrında keçiririk. Bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu teatr yenidən qurulub, yeni bir sima alıbdır. Fərəhli haldır ki, Azərbaycanın bölgələrində yerləşən teatrların artıq yeni mühiti formalaşmaqdadır. Biz bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.

Simsar.az  xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə başlanan I Beynəlxalq teatr festivalının açılış mərasimində bildirib.

Beynəlxalq teatr aləmində Azərbaycan teatrının mövqeyinin getdikcə möhkəmləndiyini, mübadilələrin genişləndiyini vurğulayan nazir, son illər Azərbaycan teatrlarının 20-dən artıq ölkədə qastrolda olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, sevindirici hal ondan ibarətdir ki, beynəlxalq səviyyədə tanınan teatr simaları da artıq Azərbaycana gəlirlər.

Ə.Qarayev daha sonra deyib: “Bu bizim ilk təcrübəmizdir ki, beynəlxalq teatr festivalı məhz yeni mövsümün əvvəlində başlanır. İlk dəfə regionda yerləşən teatrda beynəlxalq teatr festivalı keçirilir. Düzdür, festivalda hələlik cəmi 3 ölkə iştirak edir. Ancaq biz düşünürük ki, bu ölkələrin sayı ildən-ilə artacaq və Şəkidə keçirilən bu festival teatr aləmində özünəməxsus yer tutacaq”.

Teatrların bu gün intibah dövrünü yaşadığını vurğulayan nazir daha sonra deyib: “Düşünürəm ki, bu intibah teatr üçün lazımdır. Çünki teatr daim yeniləşən, axtarışda olan cəmiyyətin aynasıdır. Əgər teatr axtarışdadırsa, yenilikləri tətbiq edirsə, o cəmiyyəti qabağa aparır. Bu isə o deməkdir ki, cəmiyyət sağlamdır, ölkə vətəndaşları, insanlar həmişə yeniliklərə, yeni meyarlara üz tuturlar və öz ölkələrinin inkişafını təmin edirlər”.

Günel







11 Sentyabr, 2014  08:20 Baxılıb: 894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner