Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ukrayna Rusiya ilə sərhəddə “divar” hörür

Ukrayna Rusiya sərhədində müdafiə divarının inşasına başlayıb. Divarın inşası barədə qərar ötən həftə Ukrayna Baş naziri Arseni Yatsenyuk tərəfindən tərtib olunub.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Terrorla Mübarizə İdarəsindən verilən açıqlamaya görə, Ukrayna Prezidenti Petro Poroşenkonun təlimatı ilə iki ölkə sərhədin müəyyən bölgələrində divarın inşası istiqamətində işlərə start verib.  Sərhəddə eyni zamanda iki müdafiə zolaqlarının yaradılması da planlaşdırılır. Müdafiə zolaqları ilə Ukrayna torpaqlarına mümkün hücumun qarşısının alınacağı güman edilir.

Ukrayna-Rusiya sərhədində fosforlu zolaqlar, nəzarət sistemləri və xəbərdarlıq məntəqələrinin olacağı bildirilib. Layihənin tərkibinə 1500 kilometrlik xəndək, 8000-dən artıq sipər, 4000-dən çıx sığınacaq və 60 kilometrlik divar daxildir.

Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti Dövlət Sərhəd Müdafiə Qurumunun Rusiya ilə sərhəddə “Divar” adlandırılan təhlükəsizlik sisteminin inşası barədə layihəni sentyabrın 5-də qəbul etmişdi.

Ülviyyə Cövdətqızı







10 Sentyabr, 2014  18:35 Baxılıb: 1792 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner