Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənc rəssam ipəkdə yaşatdığı izləri təqdim etdi - FOTOLAR

Bu gün Bakı Gənlərə Yardım Fondunda rəssam-dizayner Tünzalə Məmmədzadə və tələbələrinin “İpəkdə yaşayan izlər” adlı rəsm sərgisi keçirilib. Sərgidə nümayiş olunan  əsərlər dekorativ-tətbiqi sənətlə təsviri sənəti sintez edərək şəffaf ipək üzərində hazırlanıb. Millət vəkili Qənirə Paşayeva, Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, nasir-publisist Əkbər Qoşalı, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat katibi Hamid Karadeniz, rəssamın yetişməsində xüsusi rolu olan müəllimlərinin və sərgi həvəskarlarının iştirakı ilə baş tutan tədbirdə rəssamın yaradıcılığı, əsərləri ilə dünyada bir ilkə imza atması və qədim sənətlə müasirliyi vəhdət halına gətirməsindən bəhs edilib.

Sərgini çıxış sözü ilə açan nasir publisist Əkbər Qoşalı gənc rəssamın və tələbələrinin sərgilədikləri əsərlərin müasir incəsənətimizdə xüsusi yeri olduğunu vurğulayıb. O bildirib ki, Tünzalə xanımın yaradıcılığı nəinki Azərbaycanda, həm də qardaş ölkə Türkiyədə də sərgilənərək böyük rəğbət toplayıb.

Sərgidə iştirak edən millət vəkili Qənirə Paşayeva bildirib ki, rəssamın və tələbələrinin əsərlərində yaradana və dolayısı ilə yaradılana sevgi hissləri var. “Yaradana sevgi olmazsa yaradılanı da sevmək olmaz. Bu baxımdan Tünzalə xanımın əsərlərində həmin sevgini duymaq olur. Azərbaycanlı qadının bu cür uğurlu işləri isə məni çox sevindirir”.

Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat katibi Hamid Karadeniz incəsənətin hər bir xalq üçün xüsusi dəyərə malik olduğunu dilə gətirib. O bildirib ki, “Sənətsiz bir ölkənin damarı qopmuş kimidir. Bu cür sənət əsərlərini yaratmaq isə onun müəllifindən çox böyük kamillik tələb edir. Həmin kamillik həm Tünzalə xanımın, həm də tələbələrinin əsərlərində duyulmaqdadır. Onun əsərləri Azərbaycan incəsənətini çox-çox irəliyə apara biləcək”.

Sərgi çərçivəsində rəssam Tünzalə Məmmədzadə ilə yanaşı, tələbələri Elmar Məmmədzadə, Fərid Salamlı, Nərmin Usubova, Mahizər İbadzadə, Ülkər Qəhrəmanova və Könül Məmmədovanın da əsərləri sərgilənib.

Ülviyyə Cövdətqızı

 






10 Sentyabr, 2014  17:30 Baxılıb: 1865 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner