Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bu il ən çox qazanan yazıçılar - SİYAHI

Yazıçılıqla, şairliklə - ümumiyyətlə incəsənətin, mədəniyyətin, ədəbiyyatın müxtəlif sahələri ilə məşğul olanlar sadəcə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməklə kifayətlənmirlər.

Yaradıcılıq onları şöhrətləndirir, tanıdır, sevdirir, pərəstişkar ordusu meydana çıxarır və... Həm də yaradıcılıq bu adamları varlandıra, onlara pul qazandıra bilir.

ANN.az 2014-cü ildə dünyada ən çox pul qazanan yazıçıların siyahısını təqdim edir:

1. Ceyms Peterson (James Patterson) - Məcara mövzulu romanlara imza qoyan ABŞ yazıçısı 2014-cü ildə 90 milyon dollar qazanıb.

2. Den Braun (Dan Brown) - bu il 28 milyon dollar qazanıb.

3. Daniela Stil (Danielle Steel) - Məhəbbət mövzulu əsərlər yazan amerikalı qadın yazar bu il 22 milyon gəlir götürüb.

4. Canet İvanoviç (Janet Evanovich) - Eşq, məhəbbət mövzusunun yaradıcısı olan ikinci amerikalı yazıçı bu il 20 milyon qazanıb.

5. Cef Kinney (Jeff Kinney) - yaradıcılığını uşaqlara həsr edən ABŞ yazıçısının gəliri bu il 18 milyon dollar olub.

6. Veronika Rot (Veronica Roth) - fantastika janrında yazan gənc yazıcı "Uyğunlaşmayan" adlı romanına ssenari hazırlamaqla 18 milyon dollar qazana bilib.

7. Stefan Kinq (Stephen King) - həyəcan və qorxu romanları yazan yazıçı bu il 17 milyon qazanıb.

8. Suzanna Kolins (Suzanne Collins) - "Aclıq oyunları" romanına film çəkilməsi qadın yazara 16 milyon gəlir gətirib.

9. J.K.Rouling (J.K. Rowling) - "Harri Poter" romanı ilə dünya şöhrəti qazanan və ən çox satılan kitab yazarı bu il gəlirlərini daha 14 milyon artırıb.

10. Devid Baldacci (David Baldacci) - "Haqqı ödənən günahlar" romanı ilə şöhrət qazanan yazıçının bu ilki qazancı 11 milyon olub.

11. E.L.Ceyms (E.L.James) - "Bozun 50 çaları" adlı romanı ilə ən çox satılanlar siyahısına daxil olan qadın yazarın əldə etdiyi gəlir cəmi 10 milyon olub.

 






10 Sentyabr, 2014  17:15 Baxılıb: 698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner