Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Düz Qırıqlının içməli su problemi həll edildi

Millət vəkili Qənirə Paşayeva Tovuzun Düz Qırıqlı kəndində seçiciləri ilə təkrar görüşüb. O, kənddə su çəkilişi ilə bağlı aparılan işlərlə tanış olub.

Millət vəkili bildirib ki, kənd sakinləri ilə ilk görüşündən sonra içməli su probleminin həlli ilə bağlı “Azərsu” rəhbərliyinə müracət edib. “Azərsu” tərəfindən təklifə müsbət cavab verilib. “Bir neçə gün öncə kənddə sizinlə görüşlərimdə əsasən içməli sudan çox əziyyət çəkdiyiniz  ilə bağlı söhbətlərinizdən çox narahat olmuşdum. Kənddən dönən kimi “Azərsu”ASC-nin rəhbəri Qorxmaz müəllimlə, baş direktoru Etibar müəllimlə danışaraq problemin qısa zamanda həllinə dəstək göstərilməsini xahiş etdim. Söhbət zamanı cənab Prezident İlham Əliyevin Tovuzun içməli su probleminin həlli istiqamətində verdiyi göstərişlə Tovuza yeni su xəttinin çəkilməsini millət vəkili və Tovuz sakinləri olaraq yüksək qiymətləndirdiyimizi və Düz Qırıqlı kəndinin də içməli su problemindən əziyyət çəkən hissələrinə içməli suyun verilməsinin vacibliyi barədə fikir mübadiləsi də apardiq. “Azərsu”ASC-nin rəhbərliyi həm Qorxmaz müəllim,həm Etibar müəlim problemin həlli istiqamətində dəstək göstərməyə çalışacaqlarını bildirdilər və qısa zamanda lazımi materiallar göndərildi və işlər başladı. Sizin və öz adımdan Azərsu rəhbərliyinə təşəkkür edir və ümid edirəm ki, işlər surətlə aparılacaq və siz yaxın zamanlarda ağır içməli su problemindən xilas ola biləcəksiniz”.

Millət vəkili kəndin sudan əziyyət çəkən hissələrinə su borularının çəkilişi ilə bağlı işlərlərlə də maraqlanıb, su idarəsi işçiləri ilə söhbət edib və onlardan işləri surətlə apararaq sudan əziyyət çəkən kənd sakinlərinin probleminə son qoyulmasını xahiş edib. Kənd sakinləri millət vəkilindən kəndə verilən içməli suyun həcminin və təzyiqinin az olmasını da deyərək bu problemin də həlli istiqamətində də dəstək göstərməsini istəyiblər. Qənirə Paşayeva bu məsələnin həlli istiqamətində də “Azərsu” rəhbərliyi ilə danışacağını və xahiş edəcəyinə söz verib.

Simsar.az







10 Sentyabr, 2014  14:19 Baxılıb: 886 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner