Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əbülfəs Qarayev Qəbələdə vətəndaşlarla görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib. Simsar.az xəbər verir ki, qəbula yazılmış 40-dək vətəndaş nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərinisəsləndirib.

Müraciətlər əsəsən yerlərdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, tarixi və mədəniyyət abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin inkişafı, bölgələrdəki bəzi tarixi mədəniyyət abidələrinin turizm marşrutuna salınması və infoturların təşkili, mədəniyyət işçilərinə fəxri adların verilməsi, yerlərdə muzeylərin yaradılması, el sənətkarlığının inkişafı, mədəni irsin təbliği, xatirə tədbirlərinin keçirilməsi, işlə təmin olunma və digər məsələləri əhatə edib.

Qəbələ rayonunda xalq sənətkarlarının xaricdə sərgilərdə iştirakına, Oğuz rayonunun Baş Daşağıl kəndində xalçaçılığın inkişafı üçün avadanlığın alınmasına, Şamaxı rayonunun Dəmirçi kəndində qədim məscidin bərpasına köməklik göstərilməsi xahiş edilib.

Qəbulda qədim Qəbələ şəhərinin tarixi və Qəbələ Tarix-Mədəniyyət Qoruğu ərazisində aparılan arxeoloji tədqiqatlarla bağlı konfransın keçirilməsi təklifi də səsləndirilib. Nazir, həmçinin vətəndaşların İsmayıllı və Oğuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri üçün yeni binaların tikilməsi, Şamaxıda etnoqrafiya muzeyinin yaradılması, Oğuz şəhərində rəsm qalereyasının açılması barədə xahişlərini dinləyib. Qobustanda Aşıq Xanışın xatirəsinin əbədiləşdirilməsi, Qəbələ xalq teatrına dram teatrı statusunun verilməsi barədə müraciətlər edilib.

Görüşdə regionlarda turizmin inkişafı ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Qədim Ağsu şəhərinin yerində yaradılmış arxeoloji muzey-kompleksinin turizm marşrutuna daxil edilməsi, Qobustan rayonunda turizm kollecinin açılması barədə xahiş və təşəbbüslər səslənib.

Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, artıq ənənə halını alan bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkan yaradır.

Ə.Qarayev Qəbələ şəhərində keçirilən qəbulda ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gətirildiyini deyib. O, əhali ilə belə görüşlərin yerlərdə vəziyyətin öyrənilməsi, mövcud problemlərin operativ həlli baxımından əhəmiyyətini yüksək qiymətləndirib. O, səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, imkan daxilində həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Müraciətlərdə bir sıra aktual məsələlərin, o cümlədən bölgədə turizmin inkişafı, tarixi-mədəni irsin tədqiqi və təbliği ilə bağlı maraqlı təkliflərin olduğunu qeyd edən nazir vətəndaşların təşəbbüskarlığını müsbət qiymətləndirib, gələcəkdə bu mövzularda xüsusi müşavirələrin keçirilə biləcəyini deyib.

Ə.Qarayev qəbulda sosial məsələlərlə bağlı səslənən müraciətlərə də baxılacağını və həllinə köməklik edilməsi üçün aidiyyəti instansiyalara çatdırılacağını söyləyib.







10 Sentyabr, 2014  13:47 Baxılıb: 734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner