Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İnsanlar nə üçün intihar edir? – EKSPERTLƏRİN CAVABI

Bu gün intiharlara qarşı mübarizə günüdür

Sentyabrın 10-u Ümumdünya Səhiyyə Təşkilatının (DST) qərarı ilə hər il intiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatı intiharların qarşısının alınması üzrə beynəlxalq assosiasiyanın sponsorluğu ilə hər il beynəlxalq xarakterli aksiyalar həyata keçirir. ÜST-ün ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakterlidir. Müxtəlif statistik məlumatlara görə, dünyada intiharlar nəticəsində ölənlərin sayı müharibə nəticəsində ölənlərdən çoxdur.

Müasir həyat tərzi, iş və başqa subyektiv faktorlar müəyyən məqamda insanları öz həyatlarına qarşı cinayət törətməyə sövq edir. Hər gün dünyada minlərlə insan özünü öldürməklə həyatına son qoyur. Hər baş tutan intihara qarşı 20 reallaşmayan hadisə qeydə alınır. Bu səbəbdən özünü həyatdan məhrum etmək cəhdləri reallaşan intihardan 7-10 dəfə çoxdur. Təəssüf ki, bu hadisələr çox vaxt qeydə alınmır. İntiharların yayıldığı ölkələr sırasında inkişaf etmiş ölkələr liderlik edir. Bu faciəli statistikada birincilik Şərqi Avropa ölkələrinin, Latviya, Litva və Macarıstanın payına düşür. Bu ölkələrdə hər 100 min əhaliyə 20-dən çox intihar olayı düşür. Yaponiyada ildə təxminən 30 min adam intiharla həyatına son qoyur. Afrika ölkələri ilə bağlı statistik məlumatlar yoxdur. Amma ən aşağı göstərici İslam və Latın Amerikası ölkələrindədir. Məsələn, Misirdə, Dominikan Respublikasında, Albaniyada, Yunanıstanda və İtaliyada göstərici aşağıdır. Kişilər arasında intihar qadınlarla müqayisədə 4 dəfə çox baş verir. Amma digər tərəfdən, qadınların həyatlarına qəsdə cəhd etməsi kişilərlə müqayisədə 4 dəfə çoxdur. Ekspertlər bildirirlər ki, bu addımı atmaq qərarına gələn insanların əksəriyyəti ölməyi qəti şəkildə qarşısına məqsəd qoymur. İntiharın əsas səbəbləri sırasında yoxsulluq, işsizlik, cəzalandırılmadan irəli gələn qorxu, ruhi xəstəliklər, ailədəki qanqaraçılıq və sağalmaz xəstəliklərə yoluxmaqdır.

Statistik məlumatlara görə, dünyada hər 40 saniyədə bir insan intihar edir. Bu acınacaqlı vəziyyət texnoloji dünyanın gətirdiyi fəsadlardan qaynaqlansa da, burada ən başlıca amil insanın özüdür.

İntiharların ən çox və sıx rast gəlindiyi ölkələri təqdim edirik.

Finlandiya – 2007-ci ildən bəri bu sahədə bir çox proqramlar hazırlansa, qabaqlayıcı tədbirlər görülsə də  bu ölkə hələ də siyahıda əsas yerlərdən birini tutmaqda davam edir. İntihara sövq edən ən böyük səbəblərdən birinin alkoqol istifadəsi olduğu bildirilir.

Qazaxıstan – Sovetlər İttifaqı dağılandan sonra bərbad vəziyyətdə olan iqtisadi vəziyyət və idarəçilikdəki pozuntular bu ölkədə intiharların sayının artmasına gətirib çıxarıb. Qazaxıstanda intihar edənlərin çoxu gənclərdir.

Ukrayna – Qəribəsi odur ki, bu ölkədə intiharlar şəhərlərdən çox əyalətlərdə yaşanmaqdadır. Alkoqoldan yüksək dozada istifadə, təhsilin və ailə vəziyyətlərinin yaxşı olmaması insanlarda depressiyaya yol açan əsas səbəblərdən sayılır.

Sloveniya – 1992-ci ildə müstəqilliyini elan edən bu ölkədə iqtisadiyyatın heç cür yaxşılığa doğru dəyişməməyi intihar səbəblərinin ən birincisi hesab olunur.

Macarıstan – Müstəqilliyini 1989-cu ildə elan edən və parlament sisteminə keçən bu dövlət turizm sahəsində gəlirlərini artırsa, bir qədər iqtisadiyyatını düzəltməyə nail olsa da, intihar faizlərində azalma müşahidə edilmir.

Litva – bu ölkədə də intiharların sayı çoxdur.

Belarus - kişilərin intihar faizi qadınlardan 6 dəfə çoxdur,  bunun da əsas səbəbi kimi yenə də alkoqolun istifadəsi göstərilir.

Rusiya – Xüsusilə yeniyetmə yaşlarında intihar edənlərin sayı bu ölkədə daha çoxdur. Mütəxəssislər isə buna ailədaxili işgəncənin, pis valideynlik edilməsinin və alkoqoldan istifadənin yol açdığını bidirirlər.

Bəs Azərbaycanda?

Son dövrlər ölkəmizdə  intihar hallarının sayı çoxalıb. Demək olar ki, hər gün bir neçə intihar hadisəsi baş verir. İntihar edənlərin əksəriyyətini isə gənclər və yeniyetmələr təşkil edir. Bir çoxları intiharı müxtəlif faktorlarla əlaqələndirir.

“Ölkədə psixoloq hazırlığı istiqamətində işlər aparılmalıdır ki…”

Psixoloq Elnur Rüstəmov  intiharları psixoloji problemlərlə əlaqələndirir: “Psixi sağlamlıq və təhlükəsizlik haqqında” Qanun qəbul olunsa yaxşı olardı. Psixoloji istiqamətdə cəmiyyət maarifləndirilməlidir. Ailə quran gənclər psixoloji baxımdan da bir-birini tanımalıdırlar”. Psixoloqun sözlərinə görə, fiziki sağlamlıq psixi sağlamlıqla tənzimlənmirsə, o kimsəyə lazım deyil. Elə intihar edənlər var ki, onlar fiziki cəhətdən çox sağlam insanlardır. Amma görürsən ki, intihar edirlər.

Ekspert intiharın göstəricilərinin müxtəlif olduğunu bildirir. “Uzun sürən xəstəlikdən əziyyət çəkən, zərərli vərdişlərdən asılı olan, depressiyada olan insanlar daha çox üstünlük təşkil edir”.

Psixoloji istiqamətdə cəmiyyət maarifləndirilməlidir. İnsanlar çətinlik yaşadıqları halda vaxtında psixoloqa müraciət etməli və problemi tezliklə arxada qoymalıdırlar. Bu gün bizi ən çox  narahat edən yeniyetmə və uşaq intiharlarının olmasıdır. Bu səbəbdən orta məktəblərdə birmənalı şəkildə psixoloqların işini gücləndirmək lazımdır. Bununla bağlı konkret strategiya olmalıdır ki, psixoloqlar öz işlərini həyat keçirməyi bacarsınlar. Düşünürəm ki, məktəb psixoloqlarına səlahiyyətin verilməsi çox yaxşı olardı. Azərbaycanda ən böyük problem olan psixiloq hazırlığı istiqamətində işlərin davamlı aparılması vacib amildir.

Psixoloq Mərkəzə bu tip insanların müraciət etdiklərini qeyd etdiyini də bildirib. Ailədaxili münaqişə zəminində intihara cəhd edən şəxslər mərkəzə müraciət edib. Problem həll olunduqdan sonra onun özünə də intihara cəhd səbəbi gülməli gəlib. Əslində əksər insanlar həyatında bir ya iki dəfə intihara cəhd edir, amma bunu həyata keçirmir. Psixoloji narahatlıqla bağlı müraciət edirlər. Və lazımı şəkildə də psixoloji yardımı alırlar. Çox rahat şəkildə həyatlarına davam edirlər. Bu istiqamətdə də mərkəzimiz çalışır.

“İntihar olayları məişət məsələsi olduğu üçün nəticəyə varmaq bir qədər çətin olur”

Hər hansı bir adamın intihar etdiyini müəyyənləşdirməyin qəlizliyinə toxunan kriminalist ekspert İlqar Altay hesab edir ki, ölümlər konkret cinayət məsələsi olmadığı üçün hədəf məlum olmur. Kriminal hadisələr zamanı istintaq cinayət üzrə başlayır və cinayətkarın müəyyənləşdirilməsi istiqamətində davam etdirilir. Amma intihar olayları məişət məsələsi olduğu üçün nəticəyə varmaq bir qədər çətin olur. İnsanlar müxtəlif səbəblərdən özünə qəsd edə bilir. Sevgi uğursuzluğu yaşayanlar, ailəsindən küsənlər üçün intihar yeganə çıxış yoludur. Ali məktəbə daxil ola bilmədiyi, evdə ona paltar alınmadığı, internetə girməyə, telefondan istifadəyə icazə verilmədiyi üçün, bir başqası da sosial problemlər ucbatından intihara əl atır. Özünə qəsddən sonra isə bu səbəbləri ortalığa çıxarmaq prokurorluq orqanları üçün heç də asan məsələ deyil.

Ekspert qeyd edib ki, nadir hallarda məişət zəminində baş verən intiharların səbəbləri aşkar edilir. O qədər adam var ki, səbəbsiz yerə intihar fikrinə düşür. Dəniz kənarına gəzməyə gedir, əhval-ruhiyyəsi yaxşı olmur, həyatda öz yerini tapa bilmədiyi üçün yaşamağı lazım bilmir və özünü dənizə atır. Bəlkə də, o ana qədər həmin adamın heç vaxt intihar etmək kimi bir istəyi olmayıb. Ona görə də intiharın müəyyən olunması bir qədər çətinliklər doğurur.

Kriminalist bildirib ki, cəmiyyətdə kifayət qədər maarifləndirmə tədbirlərinə əl atmaq lazımdır. Çox təəssüf doğuran hal ondan ibarətdir ki, gənclərin də sırasında intiharların sayı çoxalıb. Əsasən nikah problemi, zorla ərə vermə və s. Özünü asma, yuxarı mərtəbələrdən özünü atma, odlu silahdan atəş açaraq intihar etmə hallarına rast gəlirik.

İntihara cəhd edənləri bağışlanırmı?

Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri, ilahiyyatçı Rövşən Məmmədov bildirib ki, İslam dinində intihar etmək böyük günahlardan sayılır. İntihar hadisələri buna cəhd edən insanların inamsızlığı səbəbindən baş verir.   Hətta peyğəmbərimiz də hədislərində buyurur ki, kim hansı formada intihar edirsə, cəhənnəmdə də eyni tərzdə cəzalandırılacaq. “Quranı-Kərim”də özünüzü öldürməyin, - deyə ayə var. Bütün bunların timsalında deyə bilərəm ki, İslam dini qəti şəkildə insanların özünə qəsd etməsinə icazə vermir. Bu bir növ insanları intihardan çəkindirmək məqsədilə olub. Fikirləşmək lazımdır ki, bu bizim hazırda yaşadığımız bədənimiz bir qəlibdir. O qəlibi Allah bizə əmanət kimi verib. Hansısa formada biz həmin əmanətə zərbə vururuqsa, ziyan veririksə, bu verilən əmanətə qarşı xəyanətdir.

İlahiyyatçı ekspertin sözlərinə görə,  Ağlı başında olan kimsə intihar etməz. Ancaq müvəqqəti ağlını itirən bir insanın belə bir vəziyyətdə intihara cəhd göstərmə ehtimalı da var. Belə insan ümumiyyətlə nə etdiyini dərk etmir. Odur ki, intihar edən insanın hansı səbəbdən canına qəsd etdiyini və məsələnin mahiyyətini bilmədiyimizə görə, belə insanlar haqqında hüsnü-zənn edərək dinin əmr etdiyi şəkildə dəfn etməli, cənazə namazını qılıb onlar barədə gözəl şahidlik etməliyik.

“Ona görə də bu gün gənclər arasında yayılan intihar hadisəsinin qarşısını almaq üçün marifləndirmə çox mühimdir. İntiharın təməlində yatan əsas aspekt inancsızlıq və iman zəifliyidir. Buna görə də insanlara mənəvi dəyərlər, Allaha etimad, Onun gücünün və qüdrətin vüsətini insanlara aşılamaq lazımdır”.

Dini ekspertin sözlərinə görə, günümüzün vacib problemlərindən biri də pisxoloji dəstək mərkəzlərinin qurulmasıdır. Burada psixoloq , ilahiyyatçı və pedaqoqlardan ibarət mütəşəkkil heyətlər təbə və şagirdlərlə davamlı işləməli, praktiki seminarlar təşkil etməli, gəncləri zərərli vərdişlərdən uzaq tutmalıdırlar.

Aysel Kərimova

 






10 Sentyabr, 2014  12:22 Baxılıb: 2725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner