Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Uzun fasilədən sonra ELMDƏ İSTEHSALAT

Akif Əlizadə: “AMEA-nın öz brendi ilə müxtəlif çeşidli məhsulların istehsalını təşkil etmək mümkün olacaq”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi-texniki imkanlarını və təcrübə-sınaq işlərini təkmilləşdirərək yeni məhsulların istehsalına nail olub.  AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, akademiyanın Təcrübə-Sənaye Zavodu (TSZ) solidol sürtkü materialının müntəzəm istehsalını təşkil edib.  AMEA-nın prezidenti, akademik Akif Əlizadə zavodda istehsal prosesi ilə tanış olub. Müəssisənin direktoru Rövşən Axundov akademiya rəhbərinə bildirib ki, bu material ilk dəfə olaraq, bitki yağları bazası əsasında alınıb və əsas keyfiyyət göstəricilərinə görə analoqlarını üstələyir. Yeni növ solidol sürtküsü zavodda uzun sürən elmi tədqiqat işlərinin uğurlu nəticəsidir.

Akademik A.Əlizadə sözügedən məhsulu akademiyanın elmi tədqiqat sahəsində aparılmış islahatların ilk töhfəsi kimi qiymətləndirib. Müəssisənin infrastrukturu, iş mühiti və elmi-texniki bazasında yenidənqurma işlərinin gedişatı ilə ətraflı maraqlanan akademik əminliklə qeyd edib ki, bundan sonra AMEA-nın öz brendi ilə müxtəlif çeşidli məhsulların istehsalını təşkil etmək mümkün olacaq.

AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev əlavə edib ki, zavodun həyətyanı sahəsində abadlıq işləri aparılıb, inzibati binası əsaslı təmir olunur. Akademik A.Əlizadə görülən işləri təqdirəlayiq hesab edib.

 

Aysel Kərimova







9 Sentyabr, 2014  17:17 Baxılıb: 586 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner