Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“AKP üçbucağı” və Türkiyə - ANALİTİKA

Tarixinə nəzər salsaq görərik ki, Türkiyə, Anadolunun türkləşməsindən sonra burda yaranan və sonra genişlənən dövlətçiliyinin ən unikal nümunəsidir. İlk iki əsrində Səlcuqlular, XIII əsrin sonlarından isə Osmanoğullarının siyasi idarəçiliyi ilə davam edən bu dövlətçilik 1923-ci ildən başlayaraq Cumhuriyyət şəklində mövcuddur. Kiçik Asiyada bir çox mədəniyyət və qədim dövlətlər yaranmış, burada birbaşa və ya dolayısı yolla dünyaya təsir edəcək böyük güc mərkəzləri meydana gəlmişdir. Səlcuqlar XI əsrdə Bizans İmperiyasını çökdürən və bu ərazilərdə böyük kök salıb, regionu dünyanın ən böyük mədəni, elmi və siyasi mərkəzlərindən birinə çevirmiş ilk türk sülaləsidir.

Türkiyənin siyasi kursu Atatürkün müəyyən etdiyi sülhsevər kursa uyğun olaraq bütün ölkələrlə müstəqillik, suverenlik və ərazi toxunulmazlığına hörmət və bərabər hüquqlar əsasında münasibətlərin davam etdirilməsidir. Eyni zmanda  Türkiyənin iştirak etdiyi ikili və çoxtərəfli müqavilələrə sədaqətli olması başlıca məsələlərdən biridir.  NATO və ABŞ ilə əlaqələrin genişləndirilməsi, AİT daxilində tam üzvlük üçün çalışılması, ərəb ölkələri, İran və Pakistan ilə əlaqələrin qonşuluq və coğrafi yaxınlığın da tələb etdiyi bir düşüncə əsasında qurulması və digər məsələrd də bu kursun tərkib hissə kimi qəbul olunub.

Reallıq budur ki, Türkiyə bu gün regionun böyük və güclü dövləti rolundadır. Əlverişli coğrafi vəziyyəti və dinamik inkişaf edən iqtisadi potensialı imkan verir ki, o, dünyanın bir sıra mühüm regionlarında öz təsirini və mövqeyini gücləndirmək üçün məqsədyönlü siyasət apara bilsin. Yaxın və Orta Şərq, Balkan, Qafqaz və Mərkəzi Asiya ölkələri bu baxımdan xüsusi əhəmiyyət daşısın.

Həmçinin Türkiyə müstəqil Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi türk dövlətləri ilə münasibətlərə bir türk məkanın yaradılmasının rəhni kimi yanaşır. Türkiyə bu dövlətlərin hərtərəfli inkişafı yolunda lazım olan hər şeyi etməyə hazır olduğunu dəfələrlə əməldə göstərə bilib. Türk dövlətləri arasında həyatın bütün sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və inkişafı ilə bağlı olan bütün məsələlər dövlət başçılarının zirvə toplantısında müzakirə edilir və razılaşdırılır.

Yeni qurulan hakimiyyət Türkiyənin inkişafı üçün nə edə biləcək?

Ötən ay keçirilən prezident seçkilərindən ( 10 avqust) böyük səs çoxluğu ilə qalib ayrılan Ədalət və İnkişaf  Partiyasının sədri (AKP), baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlayihətlərinin icrasına başlayan kimi yeni hökumətin qurulması prossesinə start verdi. İlkin olaraq boş qalmış baş nazir postunu hər zaman yanında olan xarici işlər naziri Əhməd Davudoğlun həvalə etdi. Bundan sonra Davud oğlunun boş qalan kürsüsünə Türkiyəni Avropa Şurasında təmsil edən Mövlud Çavuşoğlunu əyləşdirməyə müəssər oldu.

Bir sıra eksperlər yeni qurulan hökumətə edilən ilkin təyinatları müsbət, bəziləri isə mənfi dəyərləndirir.

Sabiq diplomat, politoloq Fikrət Sadıqov hesab edir ki, Davudoğlunun Türkiyənin beynəlxalq arenada nüfuzunun artırılmasında böyük rolu olub. O, bir xarici işlər naziri kimi Türkiyənin maraqlarını geniş şəkildə təbliğ edib. Eyni zamanda dövlətin xarici siyasətinin inkişafı üçün müəyyən konsepsiyalar hazırlayıb. O, bundan sonra da keçmiş XİN rəhbəri kimi xarici diplomatiyanın inkişafına öz töhfəsini verəcək. Həmçinin daxili məsələlərlə də məşğul olacaq.

“Səlahiyyətləri əlindən alınan Davudoğlu və baş bakan görəvi”

Baş nazirin səlayiyyətlərinin alınaraq prezidentə verilməsi Davudoğlu üçün heş bir problem yaratmayacaq. Çünki onlar əvvəlcədən düşünülmüş şəkildə buna gediblər. Amma belə məqamlarda siyasətçinin, şəxsiyyətin özündən çox şey aslı olur. Davudoğlu baş nazir olaraq passiv mövqedə dayanmayacaq. O, tanınmış bir siyasətçidir. Məhz buna görə də Ərdoğan onu baş nazir yəyin edib. Səbəb budur ki, onun həm ölkə daxilində həm də xaricdə böyük nüfuzu var.

“Türkiyə üçün yeni dövür başlayır”

Diplomat bildirir ki, hər iki təyin olunan şəxs – Əhməd Davudoğlu və Mövlud Çavuşoğlu nüfuzlu şəxslərdir. Onlar hər zaman Ərdoğanın yanında olacaqlar. Bu üçlüyün sayəsində Türkiyə üçün yeni dövr başlayacaq. Məhz buna görə də hökumətin ilk addımlarından çox şey aslı olur. İlk baxışdan yeni Türkiyə hökumət yaxşı təsürat yaradır.

Xarici işlər naziri təyin olunandan öncə Çavuçoğlunun Avropa Şurasında çalışdığını deyən politoloq bu təyinatın da uğurlu olacağına ümid edir. Bildirir ki, Çavuşoğlu xarici işlər naziri kimi Türkiyənin maraqlartını təmin etməyə qadirdir. Bunun üçün o, böyük səy göstərəcək.

Hüseyn İbadlı

Siyasət Şöbəsi

 






9 Sentyabr, 2014  17:04 Baxılıb: 915 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner