Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Milli Məclisdə payız sesiyası keçirildi

Bu gün Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Simsar.az APA0ya istinadən xəbər verir ki, komitə sədri Arif Rəhimzadə bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib və 13 məsələ müzakirə olunub ki, onlardan da 10-u qanun layihəsidir.

O qeyd edib ki, hesabat dövründə bələdiyyə üzvləri və qulluqçuları üçün 22 kurs keçirilib və həmin kurslara əvvəlki illə müqayisədə 2 dəfə çox dinləyici cəlb edilib: “İl ərzində respublika üzrə bələdiyyə üzvləri və qulluqçuları üçün 73 seminar keçirilib”.

Komitə sədri onu da əlavə edib ki, hesabat dövründə “Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsi müzakirə olunub: “Qanun layihəsinə əsasən, ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub. Qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə enəcək”.

“Hesabat dövründə komitənin üzvləri AŞPA-nın, ATƏT PA-nın, MDB PA-nın, TürkPA-nın sessiyalarında və digər beynəlxalq tədbirlərdə iştirak ediblər. Komitə üzvləri iştirak etdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində xeyli iş görüblər. Eyni zamanda hesabat dövründə komitənin ünvanına daxil olan 197 məktub, təklif, ərizə və şikayətlərə baxılıb. Onlardan 99-u araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib. Komitənin üzvləri tərəfindən 557 vətəndaş qəbul edilib” - deyə, Arif Rəhimzadə fikirlərinə əlavə edib.

Komitənin 2014-cü il payız sessiyası üçün iş planının layihəsi haqqında danışan sədr deyib ki, 2015-ci ilin yanvar ayından etibarən yerli ödənişlər nağdsız şəkildə aparılacaq və bu da bələdiyyələrin ümumi işinə kömək olacaq. O həmçinin qeyd edib ki, payız sessiyasında komitə 3 qanun layihəsinin hazırlanması və müzakirəsini nəzərdə tutur: “Bu sessiyada komitə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi haqqında”, “İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və bəzi qanunlara dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri müzakirə olunacaq”.

 






9 Sentyabr, 2014  12:38 Baxılıb: 1051 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner