Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dünya Qaçqınlar Günü” dəyişdirildi

Böyük Britaniya parlamentinin İcmalar Palatasında hər partiyanı təmsil edən 50-dən artıq parlament üzvü, BMT-nin “Dünya Qaçqınlar Günü”nün, “Dünya Qaçqın və Ölkə Daxilində Köçürülmüş Şəxslər” (məcburi köçkün) Günü kimi qeyd olunmasını təklif edən sənədə imza atıb.

Simsar az xəbər verir ki, sənəd Liberal Demokrat Partiyasının sədr müavini və Beynəlxalq İnkişaf Komitəsinin sədri Ser Malkolm Brüs tərəfindən müzakirəyə çıxarılıb. Bu, onun Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı ilə Azərbaycana səfəri zamanı məcburi köçkünlərin düşərgələrinə baş çəkməsindən sonra reallaşıb.

Mühafizəkarlar Partiyasının üzvü, keçmiş nazir Peter Bottomley, həmçinin Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Bləkman də Azərbaycandakı məcburi köçkün düşərgəsində olublar. Leyboristlər Partiyasının üzvləri Alan Meale, Anne Begg, Əmək və Pensiya Komitəsinin sədri və Demokratik Birliyin təmsilçisi Cim Şannon bu təşəbbüsü dəstəkləyənlər sırasındadırlar.

Dəstəyin böyük hissəsi Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşəbbüsü olan “Many Happy Returns” (“Xoş arzularla”) kampaniyası (www.manyhappyreturnsidp.com) çərçivəsində göstərilib. Bu kampaniya dünyada ən çox məcburi köçkün əhaliyə malik ölkələrdən olan Azərbaycana yönəlib. Britaniya parlamentinin üzvlərinə göndərilən açıqcaların üzərində məcburi köçkün düşərgələrində yaşayan bir neçə kişi, qadın və uşaq şəkillərini əks etdirən təsirli şəkillər onları bu təşəbbüs sənədini imzalamağa sövq edib.

Vüsal Qarayev

 






9 Sentyabr, 2014  11:47 Baxılıb: 800 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner