Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda iki Tibbi-Sosial Ekspert Komissiyası təmir edildi

Bakının Sabunçu rayonu üzrə 4 saylı, Xəzər və Pirallahı rayonları üzrə 9 saylı Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əsaslı təmir edilib. TSEK-lər lazımi avadanlıqlarla təchiz edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ƏƏSMN-nin bütün struktur bölmələrində normal əmək fəaliyyətinə və vətəndaşlara nümunəvi xidmət göstərməyə imkan verən iş şəraitinin yaradılmasının diqqətdə saxlandığını bildirib.

Bununla yanaşı, hazırda əhaliyə tibbi-sosial ekspertiza xidmətinin yeni texnologiyalar əsasında təkmilləşdirilməsi, əlillik təyinatı mexanizminin avtomatlaşdırılması istiqamətində sınaq işləri aparılır. Bununla əlaqədar hazırlanmış yeni proqram təminatı əlilliyin müəyyən olunması ilə bağlı aidiyyəti təşkilatlar arasında elektron formada məlumat mübadiləsinə imkan verir. Bu, tibbi-sosial ekspertiza xidmətində məmur-vətəndaş əlaqəsinin minimuma enməsinə şərait yaradacaq. Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının bu yeni sistemdə işləmək bacarıqlarına yiyələnmələri üçün bütün bölgələrdə artıq treninqlər keçirilib.

Tədbirlər zamanı hər iki TSEK-in yeni iş şəraitinə baxış olub, aparılan ayrı-ayrı müayinə işlərinə nəzər yetirilib.

Simsar.az







9 Sentyabr, 2014  11:19 Baxılıb: 822 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner