Bu gün Azərbaycanda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla 10:47-də Qobudan 37 km şimal - qərbdə Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3,3, dərinliyi 55 km olub.