Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Humanitar yardım əvəzinə ZORLAMA

İnsan Hüquqları Təşkilatı (Human Rights Watch) Afrika Ölkələri Birliyinin əsgərlərinin, Somalidə qadınlara və uşaqlara təcavüz etdiyi və qida yardımını seks qarşılığında etdiklərini açıqlayıb. Zorlananlar arasında 12 yaşlı bir uşağın da olduğu bildirilib. Yazılı hesabatda bildirilib ki, “Zorlanan qadınlar təcavüzdən sonra əsgərlərin onlara qida və ya pul verərək, bu əxlaqsız hərəkətlərini könüllü seks ticarəti kimi gəstərməyə çalışdıqlarını deyiblər”.

BBC-yə danışan Afrika Ölkələri Birliyi rəsmisi isə iddiaların araşdırılacağını deyib. Afrika Birliyi (AMISOM) təmsilçisi  Eloi Yao “”Bu iddiaları ciddi qəbul edirik və iddialar lazımı şəkildə araşdırılacaq. Afrika Birliyi vəzifədən sui istifadəyə tolerant yanaşmır. Buna görə də lazımı bütün adımlar atılacaq” deyib.

22 min əsgər var

Tərkibində 22 min əsgər olan AMİSOM ümumilikdə 6 ölkədən əsgər qəbul edir. AMİSOM 2007-ci ildən bu yana Somali hökumətilə birlikdə Əl Qaidə-yə bağlı Eş Şebab təşkilatına qarşı vuruşur.

Əsgərlərin cinsi istismarına məruz qalanların əksəriyyətinin, 2011-ci ildə yaşanan ciddi ərzaq böhranından sonra Somalinin ucqar ərazilərini tərk edərək, paytaxt Moğadişuya gələn və sığınacaqlarda yaşayan qadınlar olduğu bildirilib.

BMT-nin dəstəyi ilə qurulan AMİSOM-u dəstəkləyənlər arasında Avropa İttifaqı, İngiltərə və ABŞ da var.

21 qadın və qız uşağının danışdıqlarına əsasən hazırlanan HRW hesabatında əsgərlərin, “Həyatdan bezmiş qadınları və qız uşaqlarını cinsi əlaqəyə məcbur etmək üçün, içində humanitar yardımların da olduğu bir çox taktikadan” istifadə etdikləri bildirilib.

Yardım almağa gedən zorlanır

Hesabatda AMİSOM-un mərkəzinə su və ya dərman almağa gedən qadınların da zorlandığı yer alıb.

Zorlananlar arasında ən gənci 12 yaşlı qız uşağıdır. Uşağın Uqandalı bir əsgər tərəfindən zorlandığını deyib. Zorlanan qadınların çoxu xəstəxanalara körpələri üçün dərman almağa getdiklərini deyiblər.

Qadınların bəziləri əsgərlərin qoruyucudan istifadə etməyi rədd etdiklərini, bu səbəblə də xəstəliyə yaxalandıqlarını deyiblər.

Çölə çıxanda ələ salırlar

Zorlanan uşaqlardan birinin anası, qızının çölə çıxarkən insanlar tərəfindən ələ salındığını deyib. Qadın, “Qızınız sizə, “utanaraq üzümü insanlardan gizlətməkdənsə ölmək istəyirəm”, desə idi, nə hiss edərdiniz?” deyib.

Qadınlar şikayət edə bilməz

Hesabatda məlumatları yer alan zorlanan qadınlardan yalnız ikisi polisə şikayət edib. Digərləri isə adlarının ləkələnməsindən, ailələrindən, polisdən ya da İslamçı üsyançılardan qorxaraq şikayət etmirlər.

Bütün bunlar baş verərkən, Somalidə aclıq davam edir. BMT və yardım təşkilatları insanların aclıq və quraqlıqla mübarizə apardıqlarını deyir. BMT keçən həftə bir milyondan çox insanın “böhran” içində olduğunu açıqlayıb.

Hesabatda həmçinin “Moğadişuda aclığın hökm sürdüyü bir vaxtda, qız uşaqları və qadınlar dərman və qidanı ümidsizliklə gözləyirlər. Ailələrinin xilas olması üçün bədənlərini satmaq məcburiyyətində qalırlar”, deyə vurğulanıb.

Vüsal Qarayev

 






9 Sentyabr, 2014  09:50 Baxılıb: 978 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner