Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Liseylər Ərdoğanın xeyir-duası ilə açılmayıb” – MİRMAHMUD MİRƏLİOĞLU

“Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərindən sonra baş nazir kimi Azərbaycana səfər etdi. Və bu səfərin ardından türk liseyləri bağlandı. Amma bu çox uzun  sürmədi. Türkiyədəki prezident seçkilərində qalib gələn Ərdoğonın Azərbaycana növbəti səfərindən sonra həmin liseylərin fəaliyyətə başladı. Azərbaycanda liseylərin bağlanması və açılması olduqca fərqli məsələlərdir”.

Bunu Simsar.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

“Ərdoğanın Azərbaycanla olan münasibətləri göz qabağındadır”

Məsələnin məğzini açıqlayan partiya sədri bildirib ki, Azərbaycan tərəfi həmin ərəfədə bir neçə günlük taym-aut götürdü və məlumatlar yayaraq bildirdi ki, dövlət səviyyəsində Ərdoğanla belə bir müzakirə aparılmayıb: “Sonradan Ərdoğan dedi ki, biz, Azərbaycan hökuməti ilə “paralel hakimiyyət”i müzakirə etmişik. Bundan sonra liseylər bağlandı. Liseylər bağlandığdan sonra onların kontingentini harasa yerləşdirmək lazım idi. Ağıllı variant sonradan tapıldı ki, həmin liseylər başqa adla fəaliyyətə başlasın”.

“Bunu Ərdoğanın yeni səfəri ilə əlaqələndirmək də olar. Amma bu Ərdoğanın xeyir-duası və razılığı ilə olan məsələ deyil. Çünki həmin ərəfədə, Azərbaycanda böyük təlaş yaşanırdı. Söhbət həmin liseylərin verdiyi təhsilin keyfiyyətindən, müəllimlərin və şagirdlərin yerləşdirilməsindən gedirdi. Bu isə olduqca ciddi məsələ idi və həllini tapdı” - M.Mirəlioğlu belə deyib.

Hüseyn İbadlı







9 Sentyabr, 2014  09:40 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner