Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazirlər Kabineti mədəni sərvətlərlə bağlı QAYDAları təsdiq etdi

Mədəni sərvətlərimizin ölkədən çıxarılma və qaytarılma qaydaları təsdiq edilib

"Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası"nın təsdiq edilməsi haqqda Nazirlər Kabineti qərara verib.

Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə,   bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 42.3-cü maddəsinə əsasən hazırlanmışdır və sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracı qaydasını müəyyən edir.

Qayda mülkiyyət formasından asılı olmayaraq, sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar müvəqqəti ixrac olunan Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş bütün mədəni sərvətlərə şamil olunur.

Qaydaya əsasən mühafizə siyahısına daxil olan mədəni sərvətlərin müvəqqəti ixracı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na əsasən tənzimlənir.

Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə, o cümlədən dövlət hakimiyyəti orqanlarına və təşkilatlarına, vəzifəli şəxslərə şamil edilir.

Mədəni sərvətlərin müvəqqəti ixracı dedikdə, Azərbaycan Respublikasının ərazisində olan mədəni sərvətlərin 36 (otuz altı) ay ərzində geri qaytarılması öhdəliyinin götürülərək Azərbaycan Respublikasının ərazisindən aparılması başa düşülür.

Həmçinin, mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi üçün müraciət Mədəniyyət və Turizm Nazirliyinin qərarından sonra həyata keçiriləcək.

Bu sərvətlərin müvəqqəti ixrac edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət edilməlidir.

Geri qaytarılan mədəni sərvətlərin ekspertizası, eyni zamanda müvəqqəti ixrac olunan mədəni sərvətlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə şəhadətnaməsində göstərilmiş vaxtda geri qaytarıldıqda, onların mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi bu barədə dərhal Mədəniyyət və Turizm Nazirliyinə məlumat verir və  həmin əşyaları 3 gün müddətində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ekspertiza üçün təqdim edir. Əşyaların təqdim edildiyi tarixdən 10 gün müddətində ekspertizası həyata keçirilməlidir.

Müvəqqəti ixrac olunan mədəni sərvətlər geri qaytarıldıqdan sonra tərtib olunan ekspertizanın nəticələrində mədəni sərvətin müvəqqəti ixrac olunduqdan sonra saxlanılması vəziyyəti barədə nəticələr göstərilməlidir. Əgər müvəqqəti ixrac olunan mədəni sərvətin vəziyyətində dəyişikliklər olarsa, Mədəniyyət və Turizm Nazirliyi onun müvəqqəti ixrac olunmazdan əvvəlki vəziyyətinin bərpa edilməsi üçün bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin etməli və şəxsin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması üçün dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidir.

Aysel Kərimova

 

 

 

 

 







9 Sentyabr, 2014  08:44 Baxılıb: 1002 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner