Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ İŞİD-i tədricən məhv etmək istəyir

ABŞ prezidenti Barak Obama iki gün sonra İŞİD-lə mübarizəyə dair öz planını açıqlayacaq.

Simsar.az-ın məlumatına görə, İŞİD-ə qarşı mübarizədə hər hansı bir plan müəyyən etmədiyi üçün tənqid olunan ABŞ prezidenti Barak Obama iki amerikalı jurnalıstin başını kəsilməsindən və minlərlə iraqlının öldürülməsindən sonra ilk dəfə olaraq ətraflı çıxış edib.

O, terror təşkilatı ilə mübarizədə ilk görəcəyi işlərdən birinin qruplaşmanı zəiflətmək və onun ərazilərinin sərhədini daraldaraq məğlub etmək olacağını deyib. İŞİD-dən gələ biləcək təhdidi normal qarşılamaq üçün artıq ölkəsini hazırladığını deyən Obama terror qruplaşmasının mövqelərinə zərbə endirəcəklərini, lakin ABŞ-ın bölgəyə quru qoşunları göndərməyi planlaşdırmadığını da açıqlayıb. Obamanın inkişaf etməkdə olan strategiyası İraqda yeni hökümətin formalaşmasından, eləcə də Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyə kimi ölkələrlə regional tərəfdaşlarının fəaliyyətindən və əməkdaşlığından asılıdır.

Barak Obamanın sözlərinə görə, ABŞ İŞİD-ə qarşı təkbaşına mübarizə aparmayacaq: “Bunun üçün bəzi resurslar tələb olunur. Bu, İraq müharibəsinə bənzər bir şey deyil. Daha çox son beş, altı, yeddi ildir ki, girişdiyimiz terrorla mübarizə kampaniyasına bənzəyir. İŞİD-ə qarşı mübarizəni ABŞ təkbaşına aparmayacaq. Bu, beynəlxalq koalisiya tərəfindən reallaşacaq. Amerika xalqı əmin olmalıdır ki, biz bu təşkilatı məhv edəcəyik. Bizim fəaliyyətimizə hərbi, diplomatik və iqtisadi sahələr daxil olacaq”.

Obama əminliklə vurğulayıb ki, İŞİD-dən gələn təhlükənin qarşısını alacaq. Lakin terror təşkilatı ilə mübarəzə planını sentyabrın 10-da elan edəcək. Çünki ABŞ prezidenti Uelsdə keçirilən NATO sammiti çərçivəsində İŞİD məsələsini müttəfiq ölkələrlə də müzakirə edib. Sammitdə İŞİD-lə bağlı yekun qərarın detallarının da Obama tərəfindən açıqlanacağı gözlənilir.






8 Sentyabr, 2014  22:42 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner