Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Arif Hacılı istefa verdi

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı vəzifəsindən istefa verib.

O, “Media forum” saytına deyib ki, istefa haqda qərarını partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin 8 sentyabr iclasında elan edib: “Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi ilə yanaşı Müsavat başqanının təşkilat məsələləri üzrə müavini postundan, Divan və Məclis üzvlüyündən də istefa verdim. Hesab edirəm ki, partiyada tutduğum vəzifələr Müsavat qurultayı nümayəndələrinin öz iradələrini sərbəst və azad formada ifadə etmələrinə heç bir maneçilik törədə bilməzdi.

Amma bununla bağlı müxtəlif fikirlər səslənirdi, kimlərsə iddia edirdilər ki, partiyada vəzifə tutmağım qurultay nümayəndələrinin iradələrini sərbəst formada ifadə etmələrinə mane ola bilər. Mən də hesab etdim ki, bu məsələdə də nümunə göstərməliyəm. Ona görə də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında vəzifələrimdən istefa verdiyimə dair bəyanat səsləndirdim”.

Sentyabrın 27-də Müsavat Partiyasının qurultayı keçiriləcək. Gündəlikdə duran əsas məsələ başqan seçkisidir. Arif Hacılı partiya başqanlığına namizədliyini irəli sürəcəyini bəyan edib.







8 Sentyabr, 2014  17:07 Baxılıb: 747 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner