Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qanunsuz ev tikənlərə acı xəbər

"Həmin evlər sənədləşdirilməyəcək"

Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə qanunsuz tikililərə cəhdlər artmağa başlayıb.

«APA-ECONOMICS»in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, hazırda şirkət bu işlərin qarşısını almaqla məşğuldur: «Mənə verilən məlumata görə, hər gün bu ərazilərdə yüzlərlə «gecəqondu» tikintilər başlayır, biz bunlarla mübarizə aparmağa çalışırıq».

Dövlət Neft şirkəti ona məxsus torpaq sahələrində qanunsuz tikililərin vəziyyəti ilə tanış olmaq üçün həmin ərazilərdə jurnalistlərin iştirakı ilə reyd keçirmək niyyətindədir: «Sabahdan reydlərə başlanmalıdır. Hər gün bir rayonda vəziyyəti araşdıraq və görək ki, onlar bu evləri hansı icazə və sənədlə tikirlər». Şirkət rəhbəri bildirib ki, həmin şəxslər bu tikililərin sənədləşdiriləcəyinə ümid etsələr də yanılırlar: «Həmin evlər sənədləşdirilməyəcək».

R.Abdullayevin sözlərinə görə, ARDNŞ-in torpaqlarının kadastrı hazırlanaraq hökumətə təqdim edilib və sənəddə torpaq sahələrində olan vəziyyət izlənir: «Biz oradakı vəziyyəti günbəgün monitorinq edirik».






6 Aprel, 2011  18:39 Baxılıb: 1518 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner