Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Özbəkistan mətbuatı Xınalıqdan yazdı

Simsar.az xəbər verir ki, Özbəkistanın sharh.uz xəbər agentliyində Azərbaycanın bu ölkədəki səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış jurnalist Şərafətdin Tulaqanovun özbək dilində “Xınalıq-açıq səma altında etnoqrafik muzey” sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci il dekabrın 19-da Xınalıq kəndinin tarixi ərazisi Dövlət Tarixi-Arxeologiya və Etnoqrafiya qoruğu elan olunub. Yazıda qeyd edilir ki, Xınalıq 5 min illik tarixə malikdir və kənd dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Yerli əhali tarixən sənətkarlıq, heyvandarlıq və əkinçiliklə məşğul olur. Kənddəki küçələr, kəndarası yollar 100 il əvvəl necə idisə, bu gün də eləcə qalır.

“Xınalıq” türk toponimi haqqında yazan müəllif bildirir ki, Xınalıq dili Qafqaz dil qrupuna daxildir və bu dil yalnız Xınalıqda işlədilir.

Materialda, həmçinin Xınalığın zəngin mədəniyyəti, adət-ənənələri və mətbəxi haqqında da məlumat verilir.







8 Sentyabr, 2014  08:28 Baxılıb: 1224 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner