Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Daha bir ağır yol qəzası: 1 ölü, xeyli yaralı

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az-ın məlumatına görə, APA xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Rayonun Faxralı kənd sakini 28 yaşlı Rövşən Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə üzü paytaxt istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə digər “Mercedes”ə, daha sonra isə Faxralı kənd sakini, 45 yaşlı İsgəndər Əhmədova məxsus "Hyundai” markalı maşına çırpılıb.

Qəza nəticəsində hər üç avtomobilin sürücüləri və onların sərnişinləri 19 yaşlı Əli Şahverdiyev, 70 yaşlı Kimya Əfəndiyeva, 14 yaşlı Elvin Qurbanov, 37 yaşlı Ramil Qurbanov və 31 yaşlı Gulnar Musayeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirliblər.

Həkimlərin səyinə baxmayaraq, “Hyundai” sürücüsü İsgəndər Əhmədov dünyasını dəyişib. Yaralılardan Ramil Qurbanovun vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılıb. Xəstəxanadan bildiriblər ki, digər yaralıların vəziyyəti ağır olaraq qalır.

İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub.

Qeyd edək ki, “Mercedes”in sürücü Rövşən Bayramov və “Hyundai” sürücüsü İsgəndər Əhmədov həmkəndli olublar və onlar toydan qayıdırlarmış.

Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.






7 Sentyabr, 2014  15:05 Baxılıb: 824 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner