Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qubada baş verən iki qəzada 6 nəfər xəsarət alıb

Bu gün axşam saatlarında Quba rayonu ərazisində baş verən iki yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

Quba-Xınalıq yolunun 22-ci km-də, rayonun Küsnətqazma kəndi ərazisində qeydə alınan qəzada 4 nəfər xəsarət alıb. Qayadan qopan iri daş parçaları 53 yaşlı Quba rayon sakini, Səftər Bağırovun idarə etdiyi “Opel” markalı maşına çırpılıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. İlkin tibbi yardımdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb.

Quba-Xaçmaz yolunun 8-ci km-də, Quba rayon sakini 48 yaşlı Elxan Haşımovun idarə etdiyi “Naz-Lifan” markalı avtomaşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan 2 nəfər sərnişin Quba MRX-ya yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.






6 Sentyabr, 2014  21:55 Baxılıb: 808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner