Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ-da iş yerləri artır

ABŞ-da işsizlik səviyyəs azalmaqda davam edir.

Simsar.az-ın məlumatına görə, bu barədə danışan ABŞ-ın vitse-prezidenti Co Bayden 54 ay ərzində durmadan iş yerlərinin artdığını deyib. Onun sözlərinə görə, Bu, Amerika tarixində iş yerlərinin durmadan artdığı ən uzun müddətdir.

Ağ Evin Amerika xalqına həftəlik müraciətini çatdıran Co Bayden deyib ki, iş yerlərinin artması yaxşı xəbərdir, amma bununla belə orta sinfə mənsub amerikalıların çoxu iqtisadiyyatın bərpasının təsirlərini hələ də hiss etmir.

Vitse-prezident Bayden bildirib ki, 2000-ci ildən başlayaraq, ümumdaxili məhsul 24 faiz, məhsuldarlıq isə 30 faiz artıb. Lakin buna baxmayaraq, orta sinfin maaşı yalnız 14 sent artıb.

“Orta sinfin bərpasına kömək etdiyi iqtisadiyyatın bərpasından bəhrələnə bilməsinin vaxtı gəlib çatıb”, -deyə Bayden bildirib. ABŞ-ın vitse-prezidenti vergi kodunun dəyişdirilməsinə və defisitin azaldılması üçün vergi sistemində çatışmazlıqları aradan qaldırmağa çağırıb.

Alyaska ştatından Senata respublikaçı namizəd Dan Sallivan partiyası adından həftəlik müraciədə federal hökumətin onun ştatında inkişafa mane olduğunu deyərək, bunu eyni zamanda milli miqyasda problem adlandırıb.






6 Sentyabr, 2014  19:47 Baxılıb: 807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner