Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Bir vedrə buzlu su”yu hədər etdilər

Bir müddət əvvəl ABŞ-da insanların diqqətini ALS xəstəliyinə cəlb etmək üçün qlobal aksiyaya start verildi. Bir çoxları bu xəstəliyə tutularaq temperaturu hiss etməyən insanların müalicəsinə pul yığılması və ətrafdakıların da kampaniyaya qoşulması üçün bir vedrə buzlu suyu başından aşağı tökürdü. Ancaq sən demə aksiyada yığılan pulların heç də hamısı müalicə xərcləri üçün deyilmiş.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, ALS Təşkilatının son açıqlamalarına görə, “Bir Vedrə Buz” aksiyasında 90 milyon dollar vəsait yığılıb. Ancaq mərkəzi sinir sistemi, onurğa beyni və ilikdəki neyronların azalması nəticəsində meydana gələn və müalicəsi olmayan bu xəstəlik üçün yığılan pulun yalnız 27%-i tədqiqatlara sərf ediləcək. Həmin vəsaitin 7%-i idarə heyətinin maaşlarına, 14%-i xəstə və ictimaiyyət xidmətlərinə 32%-i isə sosial reklam və peşəkar təlimə sərf ediləcək. Lakin kampaniyanın məqsədlərinin elan edildiyi mətndə yığılan pulun tədqiqatlar və bu cür xəstələrin ailələrinə veriləcəyi deyilirdi. Belə ailələrə isə vəsaitin sadəcə 5 milyonu ayrılacaq.

Qeyd edək ki, ALS Təşkilatında illik ən  yüksək maaş mühasib( 201 260 dollar) və PR mütəxəssisinə(182 862) verilir.

Ülviyyə Cövdətqızı

 

 






6 Sentyabr, 2014  16:16 Baxılıb: 724 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner